Dövlət başçılarının danışıqları necə qeydə alınır: ABŞ demokratları Trampa “Zelenski impiçmenti” yapışdıra biləcəklərmi? – Araşdırma

Dövlət başçılarının danışıqları necə qeydə alınır: ABŞ demokratları Trampa “Zelenski impiçmenti” yapışdıra biləcəklərmi? – Araşdırma

Aleksey Yakovlyev

vzqlyad.ru, 01.10. 2019

Prezidentlər arasındakı danışıqlar necə yazılır? Müxtəlif cür. Kimsə isə, ümumiyyətlə, yazmır.

ABŞ-da bu dəfə Donald Trapın Vladimir Zelenski ilə telefon danışıqlarının şifrəsizləşdirilməsi ilə bağlı növbəti vurhavur qopub. Hər şeydən qabaq, danışıqların məzmunu müzakirə olunsa da, texniki tərəfin önəmi bundan az deyil. Yəni: ümumiyyətlə, necə alınıb ki, danışığın stenoqramını dərc ediblər? Bu, qanunidirmi?

Hər şeyə əsasən, qanunidir, çünki sənəddən məxfilik qrifini əvvəlcədən götürüblər. Və Ştatlarda demokratlar Ağ Evin bu addımla poza biləcəyi normaları arayınca Kremldə ümid edirlər ki, iş Trampın Putinlə danışıqlarının dərcinədək gedib çıxmaz.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Əlbəttə, biz ümid etmək istərdik ki, onsuz da yetərincə ciddi problemlərlə dolu olan ikitərəfli münasibətlərimizdə belə duruma gedib çıxmarıq”.

Risk isə, əslin də, var, həm də yetərincə böyükdür. Zelenski ilə bağlı bütün əhvalat anonim – ya Ağ Evdən, ya da Milli Təhlükəsizlik Şurasından (MTŞ) – qaynağın Tramp administrasiyasının Ukrayna lideri ilə danışıqlar üzrə sənədləri MTŞ-in adi bazasından, adətən, gizli əməliyyatlar, ya da kəşfiyyatın xaricdəki fəaliyyəti haqda məlumatlar kimi ən mühüm dövlət sirlərinin qorunduğu supergizli serverə keçirdiyi haqda bildirişindən başlanıb. Bu, demokratlara düşünməyə bəhanə verib ki, prezident gizli məlumatları “sızdıra” və bununla da ölkənin təhlükəsizliyini təhlükəyə ata bilərdi. Bu amil “Bayden işi”nə görə Zelenskiyə mümkün təzyiq haqda informasya ilə yanaşı Konqresdə təşkil edilən impiçment proseduru üçün də təməl olub.

Bax, belə – Amerika KİV-lərinin qaynaqları indi iddia edirlər ki, administrasiyada Zelenski ilə söhbətdən savayı daha iki söhbəti şübhəli şəkildə şifrələyiblər – Vladimir Putinlə və Səudiyyə Ərəbistanı kral ailəsinin təmsilçiləri ilə. Və Trampın gözlənilməzliyi nəzərə alınmaqla onların da dərcini gözləmək mümkündür. İstənilən şəkildə – məsələn, Zelenski danışığın ancaq “Amerika” bölümünü dərc etməyə razılıq verib, amma, görünür, Tramp bnunu başa düşməyib.

Danışıqlar necə yazılır?

Hər yerdə bir cür olur. Məsələn, Belarus prezidenti son mərəkədən əlüstü sonra inandırmağa tələsib ki, danışıqların yazısını aparmaq ona heç gərək deyil. Aleksandr Lukaşenko qeyd edib: “Sizi təəccübləndirə bilərəm: mən Putinlə, ya da Zelenski ilə söhbətləri yazdırmıram. Bizdə belə bir praktika yoxdur”.

Qırğızıstanın keçmiş prezidenti Əskər Akayev də eyni şeyi deyib. Amma hər şeyə əsasən, ümumdünya praktikası bir qədər fərqlənir. Hər şeydən əvvəl, prezidentlər, krallar və baş nazirlər arasındakı danışıqların “sızmış” stenoqramları ilə bağlı saysız-hesabsız qalmaqallar bundan danışır. Zelenski ilə bağlı insidentə qədərki son gurultulu hadisə də ABŞ-ın indiki administrasiyası ilə bağlıdır – “The Washington Post” 2017-ci ildə Trampın Avstraliyanın baş naziri və Meksika prezidenti ilə söhbətlərinin şifrəsizini dərc edib. Jurnalistlər o zaman sənədləri adı çəkilməyən qaynaqdan almışdılar.

Rusiyada danışıqları yazırlar. Və açıq qaynaqlarda bu haqda məlumat praktik olaraq yoxdursa da, Kremldən sitatlar bunu təsdiqləyir. Dmitri Peskov Zelenski ilə bağlı qalmaqalı şərh edərək qeyd edib: “Bir qayda kimi, dövlət başçıları səviyyəsində belə söhbətlərin materialları ya “məxfidir”, ya da “tamamilə məxfidir” qrifi daşıyır. Bu, adi dünya praktikasıdır və bu, bir qayda olaraq, əlbəttə, dərc olunmur”.

2017-ci ildə isə Amerika KİV-ləri Suriya üzrə Sergey Lavrovla danışıqlar üzündən dövlətə xəyanət etməkdə Trampdan şübhələnəndə Vladimir Putin bildirdi ki, Rusiya lazım gələrsə, söhbətin audioyazısını Senata təqdim edə bilər.

2003-cü ildə Federal Hökumət Rabitəsi və İnformasiya Agentliyi (FHRİA) əsasında yaradılmış FMX-nin (Federal Mühafizə Xidməti-tərc.) strukturu – Xüsusi Rabitə dövlətin birinci şəxslərinin telefon danışıqlarına görə məsuliyyət daşıyır.

Burada informasiyanın qorunması, yəni rabitə kanallarının şifrələnməsi birinci yerdədir. Çox ehtimal ki, xidmət həmçinin danışıqların belə yazılarından məlumat toplamaqla da məşğul olur.

ABŞ-da praktika başqadır. Prezidentin Oval kabinetdə dünya liderlərindən hər hansı biri ilə danışıqları zamanı, adətən, müxtəlif müşavirlər, nazirlər və həmsöhbətin təmisl etdiyi bölgə üzrə MTX-nin bölməsinin başçısı kimi başqa şəxslər iştirak edirlər. Söhbətə habelə MKİ-nin, ya da MTX-nin iki-üç əməkdaşı qulaq asır – onlar Ağ Evin Qərb qanadında “Situation Room” deyilən zirzəmi otağında əyləşirlər və əsas fikirləri ayırmaqla söhbəti tezis-tezis sənədləşdirirlər. Bunlar da sıravi agentlər deyillər – söhbətə əsasən həsr olunan məsələlərə bələd olan mütəxəssisləri buraxırlar. Onlar sonra sənədi MTX-nin söhbətə qatılmış bölgə direktoruna göndərirlər. O nəyisə çıxa və ya əlavə edə bilər, bundan sonra konspekti memorandum kimi sənədləşdirir və onu prezidentin milli təhlükəsizlik üzrə müşavirinin ofisinə göndərir.

Kiçik Buşun dönəmində MTX-də işləmiş Maykl Qrin deyir: “Konspekt (direktorun işindən sonra) ilkin mətndən 10-20% fərqlənə bilər, çünki əməkdaşlar önəmli nəyisə buraxar, ya da adları, adlanmaları, ya da akronimləri ayırd edə bilməzlər”.

Müşavirin ofisində danışığa məxfilik qrifi qoya bilərlər (özü də bu, sənədin müxtəlif abzaslarında müxtəlif ola bilər) və son versiyanı icra katibliyinə yollayırlar. O isə artıq söhbəti əlyetənliyə icazəsi olan bütün şəxslərə göndərir – bunlar, adətən, dövlət katibi, nazirlər kabinetinin üzvləri və prezidentin müxtəlif müşavirləridir.

Konspekti paralel olaraq MTX-nin özəl qorunan sisteminə yerləşdirirlər – “tamamilə məxfidir” qrifi ilə nişanlanmış sənədlərdən başqa bütün məxfi sənədlər orada saxlanır. Belələri olduqca dar çərçivədə şəxlsərin çıxışı – və bu, kod sözlə həyata keçirilir – olan özəl serverdə qalır.Tramp administrasiyası da Trampın Zelenski ilə və ola bilsin, Putinlə danışıqların konspektini məhz bu serverə keçirib. Xeyli adamın, o cümlədən şura üzvlərinin isə MTX-nin sisteminə çıxışı var.

Niyə belə mürəkkəbdir? Əvvəllər baş vermiş xoşagəlməz hadisələrə görə.

MTX-nin keçmiş əməkdaşı Coel Uillett NPR radiosuna deyib: “Keçmiş prezidentlərin bu yazılara görə problemləri meydana çıxıb. Məsələn, Niksonun. Və düşünürəm ki, Ağ Evdə indi heç bir qeydə alan qurğuya malik olmamaq Ağ Evin hüquq məsləhətçisi və hüquqşünaslarının sarsılmaz mövqeyidir”.

Niksonla bağlı qalmaqal, doğrudan da, gurultulu olub – məhkəmə onu Oval kabinetdəki danışıqların yazılarını təqdim etməyə vadar etməsəydi, “Uotergeyt işi”nin prezidentin istefası ilə qurtaracağı fakt deyildi. Lentlərin məzmunu hətta impiçmenti “çapmağa” hazırlaşmış respublikaçıları da ona qarşı qaldırıb. İşdə isə belə alınıb ki, bu qeydlər də nəticədə prezidentin karyerasını məhv edib.

MTX-nin keçmiş əməkdaşları deyirlər ki, indiki praktika konspekt tutanlara yekun sənəddən prezidentə gələcəkdə zərbə vura biləsi sürüşkən məqamları götürmək imkanı verir. Və hər şeyə əsasən, belə şeylər olduqca tez-tez baş verir.

Tərcümə Strateq.az-ındır.