Dron vasitəsilə ilk dəfə simsiz internet yayıldı

7

Video zəng etmək belə mümkündür

Alphabet şirkəti Yapniyanın SoftBank Holdinqi ilə əməkdaşlıq edərək günəş enerjisi ilə işləyən pilotsuz təyyarədən ilk uğurlu simsiz internet paylanmasını reallaşdırıb. Dron simsiz interneti 19 km yüksəklikdə paylamağa nail olub. Ted.az bildirir ki, layihədə LTE rabitəsi həyata keçirilib.

Beynəlxalq video zəng qurmaq üçün əlaqə kifayət qədər stabil olub. Təcrübədə istifadə edilən pilotsuz uçuş aparatı uzun müddət havada qalmaq üçün dizayn edilib. Sərt şəraitdə belə havada dayanmağa qadirdi.

LTE bağlantısı qurulan kimi layihə təşkilatçıları video zəng ediblər. İştirakçılar bir-birləri ilə adi smartfonlardan istifadə edərək ünsiyyət qurublar.