Salam, xoş gəlmisiniz.

DSK Gülər Əhmədovadan imtina etməyib – AÇIQLAMA

2020-01-13 16:33:00

DSK Gülər Əhmədovadan imtina etməyib – AÇIQLAMA

Kim deyir ki, Gülər Əhmadovanın namizədliyi qeydə alınmayıb?! Bizim hələ onun sənədlərinə baxmaq üçün 17 yanvara kimi vaxtımız var.

Hurriyyet.org xəbər verir ki, bu sözləri axar.az-a sabiq deputat Gülər Əhmədovanın namizədliyini verdiyi 16 saylı Yasamal ikinci seçki dairəsindən bildiriblər. Dairədən qeyd edilib ki, G.Əhmədovanın namizədliyi qeydə alına da bilər, hələ sənədlərinə baxılır və ona namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar verilməyib:

“Hələ sənədlərə baxılır. Dairəmizdə 27 namizəd var. Gülər Əhmədova sənədlərini yanvarın 10-u, axşam təqdim edib. Bu vaxta qədər hələ də ona cavab verilməməsi qanunauyğundur, çünki cəmi 3 gün keçib. Bizim 17 yanvara qədər vaxtımız var. O vaxta qədər sənədlərə baxa bilərik”.

Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədovanın namizədliyinin qeydə alınmaması barədə məlumatı özü yayıb:

“Dostlar, mənim namizədliyim qeydə alınmayıb, nə münasibətlə təbrik edirsiniz? Yenə də sağ olun, gözəl insanlar!”

Xatırladaq ki, Gülər Əhmədova ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, sonuncu dəfə Xətai rayonundan deputat seçilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı "mandat alveri” ilə bağlı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürülüb və 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilib.

2014-cü ildə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o, azadlığa buraxılıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru