DTX-nın saxladığı Vilyam Hacıyev məhkəməyə gətirildi

14

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdiyi və rayon icra hakimiyyətin başçı Vilyam Hacıyevin saxlandığı yayılıb. Bu gün Prezident İlham Əliyev tərəfindən Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilib.