Dünya şokda! Rusiya təyyarəsi Belarusa nə üçün gedib?

19

Hurriyyet.org xəbər verir ki, Rusiyanın gizli xidmət xidmətlərinin Belarusun paytaxtı Minskə enməsinin meydana çıxması ilə gözlər bir anda Şərqi Avropa ölkəsinə çevrilib.

Avropa İttifaqı bu gün Belarusa sanksiyaları müzakirə edir, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə xarici müdaxilələrə qarşı olduqlarını söyləyib, Belarusun vasitəçiyə ehtiyacı olmadığını bildirib. Aİ bu gün təcili şəkildə Belarusdakı seçki nəticələrini görüşmək üçün toplanır. İclasın əsas gündəmi Belarusa qarşı sanksiyalardır.

Ölkəsini tərk edib Litvaya getməyə məcbur olmuş müxalif lider Svetlana Tixanovskaya avropalı liderlərdən seçki nəticələrinin qətiyyən tanınmamasını tələb edib.

İclasdan əvvəl videomüraciətlə tərəfdarlarına və Avropa İttifaqına müraxiət eləmiş Tixanovskaya mübahisəli seçkidə qalib gəldiyini iddia edərək deyib: “Aleksandr Lukaşenko xalqımızın və dünyanın gözündə bütün legitimliyini itirib”.

Müxaliflərin etirazlarının davam elədiyi Belarusda sürpriz olmayan bir qonaq var – Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) başçısı Aleksandr Bortnikov.

Rusiya media orqanlarının təyyarələrin maşrutlarını bildirən “Flightradar24” saytının məlumatlarına istinad elədiyi xəbərə görə, əsasən FSB başçısı Aleksandr Bortnikovun istifadə elədiyi TU-214 PU tipli təyyarə dünən axşam saatlarında Moskvanın Vnukova hava limanından qalxaraq Belarusun paytaxtı Minsk şəhərinə enib.

Ötən həftə də Rusiya Hava Qüvvələrinin məxsus iki hərbi təyyarə Minskə yollanmışdı. Bu təyyarələrin Rusiya Müdafiə Nazirliyinin rəhbər şəxslərini daşıdığı bildirilir.

Moskva rəhbərliyi son bir həftə ərzində olduqça sıx-sıx keçən ziyarətlərin Lukaşenko ilə məşvərət məqsədi güddüyünü iddia edir.

Belarus lideri Lukaşenko, yaxın müttəfiqi olan Vladimir Putindən yardım istəmişdi. Putinlə iki dəfə telefonda danışan Lukaşenko isə həm ölkəsinin Qərb sərhədinə hərbçi topladığını, həm də çağırış edəcəyi təqdirdə, Rusiya qüvvələrinin Belarusa daxil ola biləcəyini elan edib.