Dünya Trampın başına yıxıldı! – Pentaqon Ağ Evə qarşı

4 İyun, 2020, 16:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın indiki müdafiə naziri Mark Esper ilə keçmiş müdafiə  naziri Cim Mattisin Trampa meydan oxumaları Pentaqon-Vaşinqton xəttində zəlzələ effekti yaradıb. Trampın prezident vəzifəsinə gəldikdən sonra etdiyi ən təhlükəli həmlə dəf edilib.

ABŞ-ın Minneapolis ştatında qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan etiraz nümayişləri, talan və yanğınlarla, polislə toqquşma ilə müşayiət edilən iğtişaşlara çevriləndən sonra ABŞ prezidenti D.Tramp qayda pozucularını hərbi qüvvə tətbiq edəcəyi ilə təhdid etmişdi.

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş müdafiə naziri Cim Mattis Trampın 1807-ci ildə qəbul olunmuş, qiyam, yaxud da daxili qarışıqlıq zamanı prezidentə Amerika torpaqlarında hərbi qüvvə tətbiq eləmək ixtiyarı verən “Üsyan qanunu”ndan istifadə eləmək niyyətinə qarşı çıxıb, Amerika ordusundan xalqa qarşı siyasi məqsədlərlə istifadə edilməməli olduğunu bildirərək əlavə edib: “Tramp qədər cəmiyyəti parçalayan ikinci prezident görməmişəm. O, olmasa, biz birləşə bilərik”. Mattis Trampın son üç il ərzində qəsdən ölkədə nifaq saldığını deyib.

ABŞ-ın indiki müdafiə naziri Mark Esper də Birləşmiş Ştatlarda artıq bir həftədən artıq davam edən kütləvi etirazların yatırılması işinə ordunun cəlb edilməsinə qarşı çıxıb.

Esperin sözlərinə görə, Üsyan qanunundan yalnız ən təhlükəli, böhranlı şəraitlərdə son çarə kimi istifadə eləmək olar, indi isə hələ vəziyyət bu şəkildə deyil. Pentaqonun başçısının fikrincə, belə hallarda ən düzgün yol mülki hakimiyyət orqanlarının dəstəklənməsi üçün Milli Qvardiyadan istifadə olunmasıdır.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93