Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 100 mini ötdü

21 May, 2020, 12:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Dünyada koronavirusa yoluxan 2 033 330 nəfər sağalıb, 329 895 nəfər isə virusdan ölüb.

İndiyədək 5 100 895 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 551 853), Rusiya (317 554) və Braziliyada (293 357) qeydə alınıb.

Qeyd edək ki, mayın 21-nə olan məlumata görə, Azərbaycanda indiyədək 3 631 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 253 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 43 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 152 587 nəfər yoluxub, 4 222 nəfər ölüb. İranda isə 126 949 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 183 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 721-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 5 606 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 581 nəfər sağalsa da, 70 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93