Dünyanın gözü burada – FOTOLAR

2 İyul, 2020, 16:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, “Röyter” və AP agentliklərinin ard-arda paylaşdıqları fotolarda ağrılar içərisində ağlayaraq qıvrılan və qanlar içərisində olan insanların vəziyyətini göstərən şəkillər zəlzələ effekti yaradıb.

Dünya ölkələri Çinin Honq Konq Muxtar Rayonuna yeni Milli Təhlükəsizlik Qanunu qəbul elədiyi qanun layihəsinə etiraz etməkdədirlər.

Honq  Konq küçələrində başlayan etiraz nümayişləri artıq günlərlə davam edir. Onminlərlə insan küçələrə çıxıb.

Polis və çevik qüvvələrin qarşını almağa çalışdığı etirazlarda polis və nümayişçilər arasında tez-tez toqquşmalar baş verir.

Honq Konqun İngiltərə hakimiyyətindən Çin hakimiyyətinə keçidinin 23-cü ildönümü olan 1 iyul tarixində, Çin hökumətinə Honq Konq üzərində daha çox hakimiyyət ixtiyarı verən yeni təhlükəsizlik qanunun qəbul edilməsi ilə vəziyyət daha da gərginləşib. Honqkonqlular bu mübahisəli qanuna etiraz edirlər və Honq Konqun Çin zülmündən azad olmasını istəyirlər.

Çin hakimiyyəti azadlıq bayrağı qaldıran honqkonqluları həbs edib. Şəhərə 4 min nəfərlik polis qüvvəsi yeridilib. Şüarlar səsləndirən, müstəqillik çağırışı edən, bayraq tutan hər bir şəxs qanunu pozmuş hesab edilir. Etirazçılarla dolu avtobusa minmək belə qanun pozuntusu sayılır. Yeni qanun qüvvəyə minəndən ilk həbslər başlayıb. Honq Konqun Çinin ixtiyarına keçməsinin 23-cü ildönümündə səhər saatlarında başlanan yürüşə polis bibər qazı və təzyiqli su ilə müdaxilə edib. 370 nəfərdən artıq etirazçı həbs edilib. Onların arasında bayraq daşıyan 15 yaşlı bir qız da var.

Yeni qanun Çin mərkəzli hökuməti yıxmaq, üsyana təşviq eləmək, vətənə xəyanə, terror və milli təhlükəsizliyi təhlükəyə atan tədbir və fəaliyyətlərin qadağan edilməsini nəzərdə tutur. Qanunda ən yüngül cəza 3 il, ən ağır cəza isə ömürlük həbsdir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93