Dünyanın ən qeyri-adi təyyarəsi hazırlandı – Sərnişinlər QANADLARDA UÇACAQ – FOTOLAR

11 İyun, 2019, 10:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Dünyanın ən qeyri-adi sərnişin təyyarəsi hazırlanıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Hollandiyanın Delft Texnologiya Universitetində Custus Bernardın müəllifliyi ilə "Flying-V” (Uçan V) təyyarəsi ərsəyə gətirilib.

Təyyarə yanacağa qənaət edir və hava nəqliyyatının davamlılığını artırır. “Flying-V” “Airbus A250-900” modelinə nisbətən 20% daha az yanacaq sərf edir. 314 nəfərlik sərnişin heyəti və 65 metr qanad genişliyinə sahibdir. Yeni dizaynlı təyyarədə sərnişin oturacaqları qanadların içində yerləşdirilib.

Hollandiyanın “Royal Dutch Airlines” (KLM) milli aviasiya şirkəti “V” formasında təyyarənin kütləvi istehsalı üçün maliyyə ayıracağını açıqlayıb.

Delft Texnologiya Universitetnində layihə rəhbəri Rolef Vos bildirib ki, bu dizayn gələcəkdə elektriklə işləyən təyyarələrin hazırlanmasına yardımçı olacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93