Durian meyvəsinin az tapılan növü min dollara satılır

1 Fevral, 2019, 19:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İndoneziyada turistlər arasında populyarlıq qazanan durian meyvəsinin bir ədədi min dollara satılır.

Durian meyvəsinin "J-Queen" adlı bu növü Qərbi Yava əyalətinin Tasikmalay şəhərinin ticarət mərkəzində satışa çıxarılıb.

Həmin meyvə 32 yaşlı Aka adlı fermer tərəfindən iki məşhur növün calaq edilməsi yolu ilə əldə edilib. Akanın bildirdiyinə görə, həmin ağaclar yalnız 3 ildə bir dəfə meyvə gətirir.

Bu möcüzəli meyvə həmin ticarət mərkəzini turistlərin ən çox ziyarət etdiyi məkana çevirib. Həmin meyvələrlə foto çəkdirmək istəyənlər burada növbəyə dayanırlar.

Əlavə olaraq bildirək ki, durian Cənub-Şərqi Asiyada çox geniş yayılmış spesifik iyi ili fərqlənən meyvə növüdür. Məhz bu xoşagəlməz iyinə görə bir çox ölkələrdə onun ictimai nəqliyyatda daşınmasına icazə verilmir.\\Azertag


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93