EIA Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

5

 

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2020-21-ci illərdə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu əvvəlki proqnozla eyni səviyyədə saxlayıb.

“Report” bu barədə EIA-ın avqust ayı hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcək.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel proqnozlaşdırılır.