Salam, xoş gəlmisiniz.

Şəkidəki faciədə ölən qadın Təhsil Nazirliyinin əməkdaşı imiş - AİLƏSİNƏ YARDIM EDİLƏCƏK

2019-07-16 11:19:20

Şəkidəki faciədə ölən qadın Təhsil Nazirliyinin əməkdaşı imiş - AİLƏSİNƏ YARDIM EDİLƏCƏK

Şəkidə Xan Sarayında baş verən faciə nəticəsində dünyasını dəyişən Xatirə Ağamalıyeva Təhsil Nazirliyinin işçisi imiş.

Hurriyyet.org Bakupost.az-a istinadən xəbər verir ki, Çinar ağacı üzərinə aşan və ayaqları parça-parça olan X.Ağamalıyeva Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksində müəllim işləyirmiş.

Təhsil Nazirliyi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru