Salam, xoş gəlmisiniz.

Eldar SABİROĞLU: "Milli sərvətimizi sümürən Rövnəq üçün dövlət başçısının göstərişinin əhəmiyyəti yoxdur?!"

2019-07-07 21:37:06

Eldar SABİROĞLU: "Milli sərvətimizi sümürən Rövnəq üçün dövlət başçısının göstərişinin əhəmiyyəti yoxdur?!"

Bəzən özünəvurğunluq insanı o həddə gətirir ki, gözləri ayağının altını belə görə bilmir. Sonra da adı tibb elminə bəlli olmayan xəstəliyə tutularaq olub-qalan hörmətini yerlə bir edir. Son otuz ildə bu vəziyyətə düşənlərin cərgəsi o qədər artdı ki, indi onları sayıb axıra çatdırmaq mümkün deyil!!! Hamı özünü dahi bilir, mütəfəkkir hesab edir. Ölkədə İctimai-siyasi münasibətlərin gərgin səviyyəyə qalxmasında məhz bu amilin xüsusi payının olduğu da diqqətə alınmalıdır. Bunun sonrası da var. Mürəkkəb və ağır problemlərin meydana gəlməməsindən ötrü kadrlar seçilərkən onların mahiyyəti hərtərəfli öyrənilməli, təmizliyi, dövləti prinsipiallığı ilə seçilən, yekəxana və kobud olmayan şəxslərə üstünlük verilməlidir. Zəhərli karbon qazı buraxan "adamları" hökumət işlərinə götürmək tamamilə yolverilməzdir. Təəssüf ki, yarıtmaz və müsbət imici olmayan kadrlar nə qədər desən var. Prezident Əliyevin özü də dəfələrlə yüksək vəzifə sahiblərinə ciddi xəbərdarlıq etsə də problem yerindən tərpənmir ki, tərpənmir!!! Məsələn, dünən Sokarın böyüyü Rövnəq Abdullayevin "Buta Palaç"da oğluna etdiyi dəbdəbəli toyundan xeyli fraqmentlər məhz toy sahibinin özü tərəfindən yayılmışdı. Baxdıqca göz qamaşırdı. Deməli, belə çıxır ki, milli sərvətimizi sümürən Rövnəq üçün dövlət başçısının göstərişinin əhəmiyyəti yoxdur?! Bu yaxınlarda internetdə maraqlı bir görüntüyə rast gəldim. Dünyanın ən varlı adamlarından biri, 90 milyard varidatın sahibi Bill Qeyts velosipeddən düşərək buterbrod yemək üçün növbəyə durur. Bizdə isə vücudu bir qəpiyə dəyməyən JEK müdiri, necə deyərlər, qoruyucu ilə gəzir. Hansı durumda olduğumuzun nəticəsini özünüz çıxarın...

 

Eldar SABİROĞLU

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru