“Elə bil, mənim onlara borcum var, hər imkanı yaratmalıyam” – SƏRDAR CƏLALOĞLU

27 May, 2020, 16:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti böyük tədbirlərini, toplantılarını Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirirlər. Biz onlara heç bir maddi qarşılıq gözləmədən şərait yaratmağa çalışırıq”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri modern.az-ın sualını cavablandırarkən ADP sədri Sərdar Cəlaloğlu deyib. Partiya rəhbəri qərargahdan istifadə müqabilində siyasi təşkilatlardan qətiyyən haqq tələb etmədiyini vurğulayıb:

“Hətta bəzən olur ki, konfranslar, tədbirlər bitəndən sonra biz öz cibimizdən pul verib, konfrans zalımızı təmizlətməli oluruq. Bilirsiniz, Azərbaycanda siyasi mədəniyyət, o cümlədən belə məsələlərdə səliqə-səhman aşağıdır. Hər iclasdan sonra qərargahdan torba-torba, vedrə-vedrə siqaret kötükləri, su butulkaları, tullantılar yığılır.

Elə siyasi təşkilatların rəhbərləri var ki, gəlirlər, tədbir keçirirlər, yer verdiyimizə görə, adi bir “sağol” da demirlər. Elə bil ki, mənim onlara borcum var, hər imkanı yaratmalıyam”.

Cəlaloğlu onu da qeyd edib ki, ölkəmizdə siyasi partiyalarla bağlı qanunda dövlət orqanlarının partiyalar qarşısındakı öhdəlikləri öz əksini tapıb:
“Qanunda qeyd edilib ki, siyasi partiyalar qərargahla təmin edilməlidir, maliyyələşdirilməlidir, dövlət informasiya vasitələrindən istifadəsinə imkan verilməlidir, bir sözlə dövlətin və cəmiyyətin siyasi həyatında aktiv iştirak üçün hər şərait yaradılmalıdır. Bu məsələləri kiminsə təklif etməyinə, qaldırmağına ehtiyac yoxdur”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93