“Elmar Məmmədyarovun yerinə namizəd axtarılır” – ELXAN ŞAHİNOĞLU

2

“Qərar onsuz da veriləcək”

 “Xarici işlər naziri Elmar Məmmədyarov XİN-dəki həbslərlə bağlı jurnalistin sualına dörd qısa cümləylə cavab verib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur””. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

“Özünə güvənirsə, jurnalistə deməliydi ki, baş verənlərdən xəbəri olmayıb”

Şahinoğlu “istintaq sirrini anladıq, “həbslərə təəssüflənirəm” ifadəsi nə deməkdir” deyə sual edir: “Cənab Məmmədyarov nazirlikdəki korrupsiya hallarına təəssüflənir, yoxsa ən yaxın işçilərinin həbsinə? Özünə güvənirsə, jurnalistə deməliydi ki, baş verənlərdən xəbəri olmayıb və rüşvətxor diplomatlar rəhbəri olduğu nazirlik adına ləkədir”.

“Məmmədyarov düşünür ki, öz istəyi ilə istefa versə, rüşvətə görə məsuliyyət daşıdığını biruzə verəcək”

E.Şahinoğlunun fikrincə, istefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur” isə o deməkdir ki, bu biabırçılqdan sonra öz istəyi ilə istefa vermək istəmir: “Qorxur. Qərar onsuz da veriləcək, sadəcə yerinə namizəd axtarılır. Məmmədyarov düşünür ki, öz istəyi ilə istefa versə, rüşvətə görə məsuliyyət daşıdığını biruzə verəcək və bu halda istintaqa cəlb olunacaq. Belədə isə ümid edir ki, mədəniyyət naziri kimi istefaya göndərilib təhlükədən qurtulacaq. Əlbəttə, onun Amerikaya səfir göndərilmək kimi başqa arzusu da ola bilər”.

Şamo EMİN, Hurriyyet.org