“Elmar Məmmədyarov bu pulların mənşəyini çox inandırıcı şəkildə xalqa izah etməlidir” – İLQAR MƏMMƏDOV

23 May, 2020, 12:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Elmar Məmmədyarov öz oğluna Nyu Yorkun göbəyində həqiqətən 4 milyon dollara iki mənzil almışdırsa, bu pulların mənşəyini çox inandırıcı şəkildə günü sabah xalqa izah etməlidir. İranla mübahisəli su sazişi və Ermənistanın xalqımıza dünən Şuşada acıq verməsi gündəm olan bir vaxtda onun başqa seçimi yoxdur. Ya izah edəcəksən, ya da istefaya gedəcəksən”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“Əlbəttə, xarici işlər nazirinin, səfirlərin nisbətən zəngin adam olmaları çox vaxt zəruridir. Çünki onlar dünyanın və müxtəlif ölkələrin zənginləri ilə oturub-durmalı, zənginlərin düşüncə və həyat tərzinə bələd olmalıdırlar ki, yaxınlıq əmələ gəlsin və bu ünsiyyətdə ölkəmizə nüfuz qazandırılsın. Amma bu yanaşma ancaq Məmmədyarovun inandırıcı izahından sonra keçərli olacaq”,-deyə partiya sədri əlavə edib.

 Şamo EMİN, Hurriyyet.org   


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93