Elmar Məmmədyarovdan xaricdə yaşayan azərbaycanlıların hərbi uçotu ilə bağlı QƏRAR

14 Yanvar, 2020, 14:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”na dəyişikliklər edilib. 

Hurriyyet.org-un məlumatına görə, bununla bağlı Xarici İşlər naziri Elmar Məmmədyarov qərar imzalayıb. 

Qərarda göstərilib ki, sənədin 3-cü hissəsinin adında “Xarici ölkələrdə daimi yaşayan” sözləri “Xaricdə yaşayan” sözləri ilə əvəz edilsin. 

Qeyd edək ki, müvafiq sənədin üçüncü hissəsi xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotu ilə bağlıdır. 

Qərarla 3.1-ci bənddə “xarici ölkələrdə daimi yaşayan” sözləri “xaricdə yaşayan” sözləri ilə əvəzlənib. 

Bundan əvvəl həmin bənddə yazılırdı ki, Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə daimi yaşayan Azərbaycan vətəndaşlarının hərbi uçotunu aparır. 

Bildirilirdi ki, konsulluq kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölməsinə gəlmələrini təmin edir. 

Həmin vətəndaşlar üçün doldurulmuş uçot vərəqəsində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir.

E.Məmmədyarovun qərarı ilə əlavə 2-yə  6-1-ci bənd (“Hərbi vəzifə”) əlavə edilib.  

Əlavə iki xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi ilə əlaqədardır. 

Əlavənin 6-cı bəndində göstərilir ki, xarici ölkədə müvəqqəti yaşayış ünvanı, telefon nömrəsi, e-mail qeyd olunmalıdır. 

Yeni qərarla isə artıq hərbi vəzifə də göstərilməlidir. /oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93