Salam, xoş gəlmisiniz.

Şəmkirin icra başçısı prezidentin sərəncamını vecinə almır – ALİMPAŞA MƏMMƏDOV SƏKİLƏRİ DƏ SATIŞA ÇIXARIB...

2020-03-18 17:23:00

Şəmkirin icra başçısı prezidentin sərəncamını vecinə almır – ALİMPAŞA MƏMMƏDOV SƏKİLƏRİ DƏ SATIŞA ÇIXARIB...

Keçən  il - 19  dekabrda  Ağstafada icra  başçısı  Nizaməddin  Quliyev  elə  iş  otağında  qandallanıb  həbs  olunanda  köhnə  icra  başçılarının  canına  qorxu  düşmüşdü. Ən  çox  təşfiş  keçirən  Alimpaşa  Məmmədov  olmuşdu. Çünki  KİV-lərdə  mənfi  mənada  ən  çox  adı  hallanan  odur. Ona  görə  də  xalqın  arasına  gedib  illərlə  yada  düşməyən  şəhid  anasının  əlini  öpməklə,  guya “xalqla  bir  yerdə”  olduğunu  reklam  etdirdi. Əslində  isə  onun  hərəkəti  “toydan  sonra nağara  çalmaq”  deməkdir.

İndi  yenə  o,  öz  fəaliyyətindədir. Zəbt  etdiyi  İcra  Hakimiyyəti  başçısı  vəzifəsinə  sərvət  toplamaq  kimi  baxır,  insanlara  xidmət  etmək  üçün  yox. Hətta prezident  İlham  Əliyevin  “Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  dəyişiklər edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  2015-ci  il  30  sentyabr  tarixli  qanununun  tətbiq  barədə  sərəncamını da vecinə almır.

Eyni  zamanda  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyi  və  Azərbaycan  Respublikası Fövqəladə  Hallar  Nazirliyi  tərəfindən  30 mart  2015-ci  ildə  imzalanmış  № 018  2259-001-15  “Avtomobil  yollarının  mühafizə  zolaqlarında  qanunsuz  tikililərin  qarşısının  alınması  sahəsində  əlavə  tədbirlərə  dair”  əmrinin  tələblərinə  də  Alimpaşa  Məmmədov  məhəl  qoymur. 

Dəyişikliklərə  əsasən,  qanunun  188-ci  maddəsi  aşağıdakı  redaksiyada  verilir:

“Maddə  188. Torpaq  üzərində  mülkiyyət  istifadə  və  ya  icarə  hüququnu  pozma. 188.1.  Qanunla  müəyyən  edilmiş  mülkiyyət  istifadə  və  ya  icarə  hüququ  olmadan  torpaq  sahəsini  özbaşına  hasarlama, becərmə  və  ya  dəyişdirmə  yaxud  həmin  torpaq sahəsini  başqa  üzullarla  özbaşına  tutma-səkkiz  min  manatdan  on  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  cəzalandırılır.

188.2. Qanunla  müəyyən  edilmiş  mülkiyyət  istifadə  və  ya  icarə  hüququ  olmadan  torpaq  sahəsi  üzərində  özbaşına  tikinti  və  ya  quraşdırma  işlərini  aparmaq  bir  ildən  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  cəzalandırılır.

188.3. Bu  Məcəllənin  188.1-ci  və  188.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  kənd  təsərrüfatı  təyinatlı  torpaqlara  münasibətdə  törədildikdə  - üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  cəzalandırılır.

188.4.  Bu  Məcəllənin  188.1-188.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər təkrar  törədildikdə

188.4.2. Şəxs  tərəfindən  öz  qulluq   mövqeyindən  istifadə  etməklə  törədildikdə - beş  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  cəzalandırılır.

314-1-ci  maddə  aşağıdakı  redaksiyada  verilir.

“Maddə  314-1  Dövlətin  müstəsna  müəkiyyətində  olan  torpaq  sahələrinə  dair  qanunsuz  qərar  qəbul  etmə.

314-1.1.  Vəzifəli  şəxs  tərəfindən  dövlətin  müstəsna  mülkiyyətində  olan  torpaq  sahələrinin  bələdiyyələrin,  fiziki  və  ya  hüquqi  şəxslərin  mülkiyyətinə,  istifadəsinə  və  ya  onara  icarəyə  verilməsi  haqqında  qanunsuz  qərar  qəbul  etmə -   üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə,  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  cəzalandırılır.

314-1.2.  Vəzifəli  şəxs  tərəfindən  dövlətin  müstəsna  mülkiyyətində  olan  və  özgəninkiləşdirməsi  qanunla  qadağan  edilən  torpaq  sahələrinin  bələdiyyə  mülkiyətinə  və  ya  xüsusi  mülkiyyətə  verilməsi  haqqında  qərar  qəbul  etmə - üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  mərhum  edilməklə,  beş  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum   etmə  ilə  cəzalandırılır.

2012-ci  il  6  sentyabr  tarixdə  qəbul  edilmiş  “Şəhərsalma  və  Tikinti  Məcəlləsi”,  Dövlət  Başçısının  “Azərbaycan  Respublikasında  tikinti  sahəsində  dövlət  nəzarətinin  gücləndirilməsi”  və  “Tikintiyə  dövlət  nəzarətinin  həyata  keçirilməsi  Qaydaları”nın  təsdiq  edilməsi  haqqıda”  30.08.2007-ci  il  və  17.11.2014-cü  il  tarixli  fərmanları  müvafiq  məsələ  üzrə  fəaliyyətin  təşkilində  və  nəzarətin  təmin  olunmasında  böyük  əhəmiyyət  kəsb  edir.

2001-ci  il  12  oktyabr  tarixdə  təsdiqlənmiş  Azərbaycan  Respublikasının  Dövlət  Tikinti  Normalarının  8.18-ci  və  8.19-cu  maddələrində  yerli  əhəmiyyətli  avtomobil  yollarının  kənarındakı  səkinin  eni  2,25-3  metr olmalıdır”.

Qanunvericiliyin  tələblərinə  baxmayaraq,  Bakı  və  Sumqayıt  şəhərlərində,  Abşeron  rayonunda  və  respublikanın  digər  inzibati  ərazi  vahidlərində,  tikinti  işlərininn  yerinə  yetirilməsi  zamanı  müəyyən  edilmiş  norma  və  qaydalara  tam  əməl  olunmur,  verilmiş  icazə  sənədlərində  nəzərdə  tutulmuş  ölçülərə  zidd  olaraq  tikinti  obyekti  nəqliyyat  vasitələrinin  və  piyadaların  istifadəsi  üçün  nəzərdə  tutulmuş  yolların  və  səkilərin  hesabına  genişləndirilir.

Mövcud  vəziyyət,  piyadaların  və  yol  hərəkətinin  digər  iştirakçılarının  həyatı  üçün  real  təhlükə  mənbəyinə  çevrilir,  habelə  avtomobillərin  hərəkətinin  intensivliyini  aşağı  salmaqla  süni  tıxacların  yaranmasına  səbəb  olur. Həmçinin, fövqəladə  halların,  o  cümlədən  yanğınların,  partlayışların  və  digər  müxtəlif  qəzaların  qarşısının  alınmasında,  fəsadlarının  çevik  aradan  qaldırılmasında,  xüsusi  təyinatlı  nəqliyyat  vasitələrinin  həmin  ərazilərə  vaxtında  çatmasında  ciddi  çətinliklər  yaranır.

Aşkarlanmış  qanuna  zidd hallarla  bağlı  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  müvafiq  tədbirlər  görülmədiyi  təqdirdə  şəhərsalma  və  tikinti  norma  və  qaydaları  pozulmaqla  inşa  edilmiş  hasarların,  digər  tikili və  qurğuların  (yaşayış  evləri  istisna  olmaqla)  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  180.4-cü  maddəsi  ilə  müəyyən  edilmiş  qaydada  sökülməsi  üçün  yerli  icra  hakimiyyəti,  bələdiyyə  və  digər  orqanlar  qarşısında  məsələ  qaldırılsın.

Alimpaşa  müəllimin  tamahının,  iştahının (nəfsinin) həddi,  hüdüdü  yoxdur. Ona  görə  də  o,  ölkə  Prezidenti  İlham  Əliyevin  sərəncamının  əksinə  hərəkət  edir  və  FHN-in  və  DİN-in  birgə  imzaladığı  əmrin  tələblərini  yerinə  yetirməyərək  rayonda  piyadaların  istifadəsi  üçün  nəzərdə  tutulmuş  yolları  və  səkiləri  də  hərraca  qoyub  (satmağa) başlayıb. O, saxta  sərəncamlarla  Şəmkir  şəhəri  Zaur  Sarıyev  küçəsindən keçən  su  kanalı  və  avtomobil  yolunun  mühafizə  zonasını  da  satıb.

Su kanalı  və  avtomobil  yolu  mühafizə  zonasında  tikilən  qanunsuz obyektlər

“Hürriyyət”in 29  fevral-2  mart  dərc  olunmuş  sayında  qeyd  etmişdik  ki, Alimpaşa  Məmmədov  idarə  və  təşkilatların  rəhbərlərini  və  həkimləri  “tasa” otuzdurub. İcra  başçısının  qeyri-qanuni  tapşırıqlarını  və  tələblərini  yerinə  yetirməyə  vadar  (məcbur)  olan  şəxslərdən  bir  də  Şəmkir  rayonu  Mahmudlu  kənd  sakini  “damla” su  təsərrüfatının  sədri  Tağıyev  Əli  Nağı  oğludur. Nağı  müəllim  deyir: “Alimpaşa  Məmmədov  mənə  qarşı  qərəzli  və  məkirli  mövqedədir. Buna  səbəb  isə  odur  ki,  dövlət  tədbirləri  ad  ilə  2017-ci  ildə  hər  su  təsərrüfatı birliyindən  İcra  başçısı  öz  şəxsi  təsərrüfatını  inkişaf  etdirmək  üçün  2-3  ton  dizel  yanacağı  tələb  etmişdir. Məndən  isə  2  ton  istədi  mən  imkanım  olmadığına  görə  onun  pul  yığanına  (ad  məlumdur)  Bir  ton  dizel  yanacağın  pulunu  verdim. 2018-ci  ilə  isə  guya  dövlətin  rayonun  Çənlibel  kəndində  mal  ferması  var  bu  tədbir  onun  üçündür. Lakin  sonra  məlum  oldu  ki,  o,  öz  şəxsi  maralları  üçün  hər  birlikdən  1000,  2000, 3000 min  ot  presi  almışdır. Mən  isə  1000  presin  əvəzinə  onun  pul  yığanına  700  manat  verdim”.

Mən  həmin  pulu  ailəmin  boğazından  kəsib  vermişəm. Nəzərinizə  çatdırıram  ki,  mən  tutduğum  vəzifəyə  STB-in  üzvləri  tərəfindən  seçilmişəm, Alimpaşa  Məmmədov  tərəfindən  təyin  olunmamışam. İndi  İcra  başçısı  çalışır  ki,  məni  tutduğum  vəzifədən  qeyri-qanuni  olaraq  azad  eləsin”.

Yəni  bu  o  deməkdir  ki,  Şəmkirin  ağası da mənəm, koxası da  mənəm.

İcra başçısı 2017-ci  ildə  seçgi  yolu  ilə  seçilmiş  Azad  təhsil  işçiləri  həmkarlar  ittifaqı  sədri  şair  Məzahir  Hüseynzadəni  də  öz  ərizəsi  ilə  vəzifəsindən  getməyə  təhrik etmişdir.

Ölkə  başçısı  İlham  Əliyev  bu  ayın  1-ci  həftəsində  qərb  bölgəsinə  səfər  etmişdir. O,  Goranboy,  Şəmkir,  Ağstafa, Qazax  və  Tovuz  rayonlarında  olmuşdur. O,  Şəmkirdə  olarkən  İcra  başçısı  Alimpaşa  Məmmədov  dövlət  başçısına  rayonda  götrülən  quruculuq  və  abadlıq  işlərindən  çox  böyük  canfəşanlıqla  məlumat  verdi. Amma  Alimpaşa  müəllim  əhaliyə  zülm  etməsindən, Şəmkiri  çökdürməsindən,  öz  şəxsi  biznesini  inkişaf  etdirməsindən  danışmadı.

Şəmkiri  çökdürən,  əhalisini  müflisləşdirən,  tutduğu  vəzifə  kreslosuna  sərvət  bankının  açarı  kimi  baxan,  kriminal  keçmişli  Alimpaşa  Məmmədov  rayonun  əhalisinə  qərəzli  mövqeyinə  və  qeyri-qanuni  əməllərinə  görə  yəqin  ki,  yaxın  zamanlarda  ölkə  başçısı  İlham  Əliyevdən  layiq  olduğu  “mükafatını”  alacaq. Çünki  atalar  deyib : “Haqq  nazilər, ancaq  üzülməz”

Bəhlul  Orucoğlu,

Araşdırmaçı  jurnalist

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93