“Ən azı 1000 nəfər koronavirusa yoluxmuş YAP üzvü olmalı idi” – İLQAR MƏMMƏDOV

0

“YAP isə deyir ki, koronavirusa yoluxmuş partiya üzvümüz yoxdur”

“Azərbaycanda 5,5 milyon seçici, 700 min YAP üzvü və 9128 nəfər koronavirusa yoluxmuş vətəndaş varsa, onda ən azı 1000 nəfər koronavirusa yoluxmuş YAP üzvü olmalı idi: 9128*700000*100/5500000/100=1162”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“Bu xəbər Elmlər Akademiyasının koronavirus haqqında şeir toplusu xəbərinə uduzur”

“YAP isə deyir ki, koronavirusa yoluxmuş partiya üzvümüz yoxdur. Absurdluğuna gorə, bu günkü bu xəbər ancaq Elmlər Akademiyasının koronavirus haqqında dünənki şeir toplusu xəbərinə uduzur”,-deyə partiya sədri əlavə edib.

Şamo EMİN, Hurriyyet.org