“Ermənilərə heç müttəffiqləri belə dəstək olmadı” – İLQAR VƏLİZADƏ

5

“Dünən baş verən olayda isə bəzi gəncləri, sanki, kimsə idarə edirdi. Onları idarə edən satqınlar isə çox böyük səhv edir.

Bu sözləri Hurriyyet.org-a açıqlamasında  “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, politoloq İlqar Vəlizadə söyləyib. Poitoloq bu qurup insanların aşkar olunması və cəzalandırılmasının lazım olduğunu bildirib:

“Təəssüf ki, ötən gecə orduya dəstək aksiyasına baş verən xoşagəlməz təxribat hadisələri tamamilə yolverilməzdir. Bunu fərariliyin bir növü də adlandıra bilərik. Çünki, bu adamlar dövlətin ali orqanına hücum çəkməklə və orda iğtişaşlar yaratmaqla siyasi hərc-mərcliyə yol açmış olurlar. Yadıma gəlir ki, 90-cı illərdə satqınlar cəbhədən qayıdandan sonra Milli Məclisin önündə silahlarla peyda olurdular və hakimiyyəti devirməklə bağlı müxtəlif şüarlar səsləndirirdilər. Şükür olsun ki, ordumuz güclü və qüdrətlidir. Dünən baş verən olayda isə bəzi gəncləri, sanki, kimsə idarə edirdi. Onları idarə edən satqınlar isə çox böyük səhv edir. Onlar etdikləri əməlin hələ məsuliyyətini anlamırlar. İğtişaş yaratmaqla 90-cı illərin ssenarisini yenidən təkaralamağa çalışır. Bu da tamamilə yolverilməzdir. Bu qurup insanların aşkar olunması və cəzalandırılması lazımdır. Digər tərəfdən, Rəhim Qazıyev son vaxtlar sosial şəbəkədə yaşına yaraşmayan hərəkətlər edərək, yalnış məlumatlar yayır. Əsasən də, belə vəziyyətdə yayılması heç də düzgün deyil və yolverilməzdir”.

İlqar Vəlizazdə, heç bir ölkədən ermənilərə dəstək xarakterli normal reaksiya gəlmədiyini qeyd edib. O, ermənilərə heç müttəffiqlərinin belə dəstək olmadığını deyib:

“Hamı çox yaxşı anlayır ki, erməni tərəfi sərhəddə fəallaşmağa başlayıb. Fəallaşma səbəblərindən biri də, onların  son iki il ərzində əsasən də Tovuz-Qazax  istiqamətində öz mövqeyini itirməsidir. 90-cı illərdə Azərbaycan-Ermənistan sərhədi demək olar ki, ermənilər tərəfindən zəbt olunmuşdu. Son illər ərzində sərhəd xəttində Azərbaycan tərəfdən nəzarət gücləndirildi və möhkəmləndirmə işləri başlanıldı. Regionda vəziyyət həm hərbi, həm də siyasi baxımdan Azərbaycanın xeyrinə dəyişdi. Ermənilər bunu başa düşürlər. O baxımdan təxribat törətməklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini çəkməyə çalışırlar. Onlar köhnə mövqelərini bərpa etməyə çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin sərhəd xətti pozularsa, təşkilat həmin ölkəyə hərbi yardım göstərir. Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bizi vurmağa çalışırlar.  Ermənilər də təşkilatdan təcili iclas keçirilməsini istədilər və rədd cavabı aldılar. Çünki iclasın keçirilməsinə bütün ölkələrin razılığı lazım idi. İndi də vəziyyətdən çıxmağa çalışırlar. Guya Azərbaycan onların yaşayış məntəqələrini atəşə tutub. Hələ ki, heç bir ölkədən ermənilərə dəstək xarakterli normal reaksiya gəlməyib. Ermənilərə heç müttəffiqləri belə dəstək olmadı”.

Hurriyyet.org