“Ermənilər davamlı təxribatlara əl atmaqla döyülmək istəyirlər” – KAMİL ZEYNALLI

6

“Ermənilər azərbaycanlıları döyüb və kameraya çəkib dünyaya göstərmək istəyirdilər ki, bizi təhqir edirlər. Amma ermənilərə elə bir cavab verildi ki, həddləri çatır bir də bu təxribatlara əl atsınlar”.

Bunu Hurriyyet.org-a tanınmış idmançı Kamil Zeynallı bildirib. O, bütün təxribatalara soydaşlarımız tərəfindən cavab veriləcəyini qeyd edib:  “Təxribatların cavabını layiqincə vermişik. Sonuncu dəfə Kanadada baş verən təxribatla da bağlı öz sözümüzü deyəcəkdik. Sadəcə olaraq, söz verilib ki, həmin hadisədə iştirak edən ermənilər tapılıb həbs olunacaq. Kanada təxribatına da cavabımız ağır olacaqdı. Hələ ki, gözləyirik. Həbs olunmasalar, soydaşlarımız tərəfindən cavabları veriləcək. Digər ölkələrdə baş verən təxribatlara gəldikdə, hamısının cavabı verilib və ermənilər yerlərində oturdulub”.

İdmançı, UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırmasına münasibət bildirərkən, həmin idmançının bir müddət yarışlardan uzaq saxlanılamalı olduğunu deyib: “Əlbəttə ki, qondarma bayrağın dalğalanmasını heç bir azərbaycanlı qəbul edə bilməz. O baxımdan, Xarici İşlər Nazirliyi sözügedən məsələylə bağlı, ciddi məşğul olmalıdır. Dünyaya göstərmək lazımdır ki, bir daha bu tip hadisə baş verərsə, həmin idmançı bir müddət yarışlardan uzaq saxlanılamalıdır. Əgər digər idmançılar da belə təxribata əl atarsa, cavab bu formada verilməlidir. Ermənilər davamlı təxribatlara əl atmaqla döyülmək istəyirlər. İlk onlar başladılar. Biz başalamadıq. Onlar istəyirdilər ki, azərbaycanlıları döyüb və kameraya çəkib dünyaya göstərsinlər ki, bizi təhqir edirlər. Amma ermənilərə elə bir cavab verildi ki, həddləri çatır bir də bu təxribatlara əl atsınlar. Allah xalqımızı qorusun”.

Hurriyyet.org