Ermənistan hələ də Rusiyaya ümid edir

12

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Prezidenti Armen Sarkisyan “RT” kanalına müsahibəsində Rusiyanın ölkəsinin etibarlı tərəfdaşı adlandırıb. O, Rusiya Prezidenti Vladimir Putinin İrəvanın KTMT üzvü olduğu, İrəvanla Moskva arasında bir sıra siyasi və hərbi əməkdaşlıq müqavilələrinin mövcudluğu barəsində sözlərini xatırladaraq deyib:

“Prezident Putin aydın şəkildə bəyan elədi ki, Rusiya hər bir müqavilənin müddəalarına sadiq olaraq qalır. Zənnimcə, bu, Rusiyanın regionda apardığı siyasət baxımından mühümdür. Mən bunu alqışlayıram. Çünki, bu, Rusiyanın etibarlı tərəfdaş olduğunu göstərir”.