Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından YARDIM İSTƏDİ

2

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasa zəng edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan təmas xəttində baş verən silahlı toqquşmalarla bağlı hərbi blokun Baş katibinə qərəzli məlumatlar verib.

“Zoqrab Mnatsakanyan KTMT-a üzv ölkəyə qarşı bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayıb. Hazırda KTMT Baş katibi ilə daimi əlaqə saxlanılır”-deyə Ermənistan tərəfinin telefon danışığı ilə bağlı yaydığı məlumatda deyilir