Ermənistan Mərkəzi Bankının qarşısında aksiya

12 May, 2020, 18:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ermənistan Mərkəzi Bankının binası qarşısında maliyyə qurumunun fəaliyyətinə etiraz olaraq aksiya keçirilib.

Onlar bankın nümayəndəsi ilə görüş tələb ediblər.

Polis əməkdaşı aksiya iştirakçılarından birinin binaya keçərək Mərkəzi Bankın nümayəndəsi ilə görüşməyi təklif edib. Ancaq iştirakçılar görüşdən imtina ediblər.

Aksiyaçılar bankın nümayəndəsinin onlarla görüşə çıxmasını tələb ediblər.

Bundan sonra polis etirazçıları aksiyanı dayandırmağa çağırıb. Asayiş keşikçiləri bildiriblər ki, komendantın qərarı ilə aksiyaya icazə verilməyib və onlar məsafəni qorumalıdır. Ancaq etirazçılar aksiya keçirmədiklərini və bankın nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər.

Ermənistan polis rəisinin müavini Edqar Canoyan deyib ki, 2 nəfər mərkəzi polis bölməsinə aparılıb. Onlar polis əməkdaşının qanuni tələblərinə əməl etməməkdə ittiham olunurlar./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93