Ermənistan MN ölmüş hərbçilərin siyahısını yaydı

14

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağda münaqişənin alovlanmasından indiyə qədər zərərsizləşdirilmiş  erməni hərbçilərinin adının olduğu siyahını yayıb.

40 nəfərin adının əlavə edildiyi siyahını Ermənistan MN rəsmi təmsilçisi Artsun Ovannisyan öz “Feysbuk” səhifəsində yayıb.

Bundan əvvəl Ermənistan 240 nəfər hərbçinin öldüyünü bildirmişdi. Beləliklə, ermənilər 280 nəfər hərbçi itirdiklərini rəsmən etiraf ediblər.