“Ermənistan pislənilsə də, bəyanat “ATƏT, tövbə, sənin işlərinə qarşımıram ha!” kimi ruhda yazılıb” – İLQAR MƏMMƏDOV

1

“Avropa Parlamenti təmsilçilərinin Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyinə artan diqqətlə yanaşmağa başlaması bir neçə gün əvvəl irəli sürdüyüm arqumenti gücləndirir”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmədov deyib.

Məmmədov qeyd edib ki, günü dünən Avropa Parlamenti təmsilçiləri bizim xeyrimizə verdikləri bəyanatda onlar yenə də ATƏT-in Minsk Qrupuna böyük qardaş kimi baxırlar: “İşğal altındakı ərazilərimizə üçüncü yolun tikilməsinə görə Ermənistan pislənilsə də, bəyanat “ATƏT, tövbə, sənin işlərinə qarşımıram ha!” kimi ruhda yazılıb. https://www.europarl.europa.eu/cmsdata/208877/KALJURAND_BASESCU_ZOVKO_Joint%20statement_new%20highway%20between%20Armenia%20and%20Nagorno%20Karabakh.pdf”

“Vasitəçiliyi bacarmırlarsa, başqalarının yolunda çox da durmasınlar”

“Prezident Əliyev haqlıdır ki, AP və ATƏT ilə yanaşı AŞPA da daha aktiv mövqe ilə çıxış edə bilərdi, lakin təkrar edim ki, bunun üçün Azərbaycan ATƏT-ə uyğun təsirlər etməlidir. Vasitəçiliyi bacarmırlarsa, başqalarının yolunda çox da durmasınlar”,-deyə partiya sədri əlavə edib.

Şamo EMİN, Hurriyyet.org