Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

0

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və onun rusiyalı həmrakı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər “Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyəti və həll yollarını, həmçinin bölgədəki stabillik və təhlükəsizlik” məsələlərini də müzakirə ediblər.