Ermənistanda daha bir VƏZİFƏLİ ŞƏXS İSTEFA VERDİ

14 May, 2020, 20:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ermənistan Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa ərizəsi yazıb.

O, bu barədə “Aysor”a məlumat verib.

S.Qoqyan işdən çıxmasının səbəbi barədə danışmaq istəmədiyini saytın müxbirinə bildirib: “Bu barədə gələcəkdə danışacağam. İstefa ərizəsini indicə yazmışam. Heç üstündən bir saat keçməyib”.

Qeyd edək ki, S.Qoqyan 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş naziri müavinin ofisinin rəhbəri Varaq Siseryanın da istefa verəcəyi barədə xəbər yayılıb. \\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93