Ermənistanda fövqəladə vəziyyət rejimi UZADILIR

0

Ermənistan Nazirlər Kabineti koronavirus infeksiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadacaq.

Bu barədə ölkənin Baş Naziri Nikol Paşinyan bildirib.

“Sabah hökumətin növbədənkənar iclası baş tutacaq. Biz fövqəladə vəziyyət rejiminin bir ay müddətinə uzadılması barədə qərar qəbul edəcəyik”, – Paşinyan brifinq zamanı deyib.

Xatırladaq ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə məqsədi ilə martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət rejimi elan edilmişdi. 11 iyuna olan məlumata əsasən, ölkədə 14 669 nəfərdə COVID-19 aşkarlanıb, 5 466 nəfər sağalıb və 245 pasiyent vəfat edib. \\Teleqraf.com