Ermənistanda məhkəmə işçilərində də koronavirus AŞKARLANDI

26 İyun, 2020, 19:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ermənistanın 23 məhkəmə pristavında koronavirus aşkar edilib.

Bu barədə respublikanın Məhkəmə Aktlarının İcbari İcrası Xidmətində bildiriblər.

“Bildiririk ki, hal-hazırda 23 əməkdaşda (Məhkəmə Aktlarının İcbari İcrası Xidmətində – red.) koronavirusa yoluxma təsdiq edilib. Onlar müalicədə edilirlər, həmin şəxslərlə əlaqədə olan işçilər isə özünütəcrid rejimindədirlər”, – deyə xidmətin “Facebook”dakı səhifəsində yerləşdirilən xəbərdə deyilir.

Qeyd edilir ki, koronavirus epidemiyası ilə əlaqədar məhkəmə icraçılarının işi məhdudlaşdırılıb.

Xatırladaq ki, Ermənistanda rekord sayda yoluxma faktı qeydə alınıb. Ölkədə daha 759 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virusa yoluxanların sayı 23 247-yə yükləyib.\\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93