“Erməniləri Qarabağ problemi az maraqlandırır” – Gallup

23 May, 2019, 8:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Amerikanın “Gallup İnternational Association” tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan opponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənistanın əsas problemi adlandırıb.

Sorğu iştirakçıları yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız – 26,1%-i Dağlıq Qarabağ münaqişəsini Ermənistan üçün əsas problem olaraq görüb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93