“Ermənistan girovların qaytarılmasından boyun qaçırır” – Hikmət Hacıyev

13 May, 2020, 18:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Beynəlxalq ictimaiyyətin müraciəti əsasında qlobal pandemiya dövründə humanist prinsiplərdən çıxış edərək əsirlərin, girovların dəyişdirilməsi həyata keçirilməlidir. Lakin Ermənistan tərəfi girovların geri qaytarılmasından boyun qaçırır.
Hurriyyet.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

“Biz “Hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq, dəstəkləyirik. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə konstruktivlik nümayiş etdirilmir. Düşünürük ki, beynəlxalq aidiyyatı təşkilatlar, xüsusilə humanitar məsələlərlə məşğul olan təhcizatlar bu istiqamətdə əlavə səylər göstərəcək”./azvision.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93