Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi

3 İyun, 2020, 12:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.

Avropa Komissiyasının “qara siyahısı”na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.

Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93