Ermənistan enerji sistemindəki qəzaya görə İranı günahlandırdı

10 İyul, 2019, 17:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistan baş vermiş enerji qəzasına görə İranı günahlandırıb.

Apa-nın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan jurnalistlərə açıqlamasında bildirib ki, hələlik qəzanın baş verməsinin dəqiq səbəbləri bilinmir.

Nazir müavinin sözlərinə görə, Ermənistanda qeydə alınmış qəzanın İrandan qaynaqlandığı ehtimal edilir.

"Biz iranlı həmkarlarımızla əlaqə saxladıq. Təsdiq etdilər ki, onlarda da analoji qəza baş verib. Bu qəzanın baş verməsinə səbəb olaraq ən ağlabatan variantdır. Məsələ ilə bağlı, işçi qrup yaradılıb. Səbəblər araşdırılacaq, günahkarlar cəzalandırılacaq" – nazir müavini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın enerji sistemində qəza baş verib. Bu gün səhər saatlarından Yerevanın enerji təchizatında problemlər yaşanır. Şəhərdə telefon və internet fasilələrlə işləyir.

Yerevan metrosunda da problemlər yaranıb. Metropolitenin direktoru Qevorq Avetisyan sərnişinlərin təxliyə olunduğunu bildirib. Artıq 12 min sərnişinin təxliyə olunduğu bildirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93