Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi KORONAVİRUSA YOLUXUB

2

Ermənistanda indiyədək 100-ə yaxın polis işçisi yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Ermənistanın Polis rəsi Arman Sarkisyan deyib.

“Epidemiya başlayandan bəri 100-ə yaxın polis əməkdaşı koronavirusa yoluxub. Həmçinin hazırda təcriddə olan əməkdaşlar da var. İnfeksiyaya yoluxanlardan bəzilərinin vəziyyəti ağır idi, ancaq onlar artıq sağalıblar”, – deyə A.Sarkisyan bildirib. \\APA