Ermənistanda daha bir faşistin xatirəsi əbədiləşdirilir – FOTO

15 May, 2020, 18:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ermənistanın paytaxtı İrəvanda faşist Almaniyasının tərkibində döyüşən terrorçu və hərbi cinayətkar –  Dro ləqəbli Drastamat Kanayanın ev muzeyi qurulacaq.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvanın Buzand küçəsində yerləşən və 1918-1920-ci illərdə Drastamat Kanayanın yaşadığı evi muzeyə çevirəcəklər. Bu məqsədlə  İtaliyalı mütəxəssis Lorenzo Yurina bərpa işləri üçün İrəvana dəvət ediblər. Məlumat üçün bildirək ki, General Dro olaraq tanınan Drastamat Kanayan 1983-cü ildə indiki Türkiyə ərazisində doğulub.  Dro Rusiyanın Pyatiqorsk şəhərində hərbi təhsil alıb. 1903-cü ildə Daşnaksütun partiyasına qoşulub. 1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurması zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeyə qarşı sui-qəsddə iştirak edir və onun faytonuna bomba atır. Partlayış nəticəsində qubernator həlak olur. Bundan sonra Dro Qafqazdan qaçır, İranda və Türkiyədə yaşayır, Türkiyədəki erməni dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur.

Dro Birinci dünya müharibəsi zamanı türklərə qarşı vuruşan və dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni dəstələrindən birinə başçılıq edir. 1918-ci ildə Erməni Milli Məclisi Dronun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Respublikasının “Qərbi Ermənistan üzrə hərbi komissarı” təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə naziri təyin edilib. Dro 1920-ci ildə Qarabağda Azərbaycan ordusuna qarşı döyüşlərdə iştrak edir və məğlubiyyətə uğrayaraq geri çəkilir.
Daşnak hökuməti süquta uğrayandan sonra, 1921-ci ilə qədər Sosialist Ermənistanının ordusuna rəhbərlik edir. Bolşeviklərə qarşı daşnakların 1921-ci ilin fevralında qaldırdığı üsyanda aktiv iştrak edir, üsyan yatırıldıqdan sonra Ermənistandan qaçır.
İkinci dünya müharibəsi zamanı Dro başqa bir terrorçu Qaragin Njde ilə birlikdə, faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. O, kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət və fəaliyyəti Simferopolda yerləşən “Dromedar” təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə, həyata keçirir.
1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorkyan, Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun “Erməni xalqının ölümcül yürüşü” kitabını təqdim edirlər. Himmlerin və General Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir. Müharibənin sonuna yaxın Qareqin Njde Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır: “Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim”.
Faşist Almaniyası müharibədə məğlub olduqdan sonra Dro”Avropanı tərk edir. SSRİ onu amansız vətən xaini hesab edirdi, KQB-nin hazırladığı siyahıda ən önəmli hərbi canilər arasında yer alırdı, bu səbəbdən Ermənistana gedə bilmədi. ABŞ, İsrail və SSRİ müharibə canilərinin ovuna başladığından Dro yaxalanmamaq üçün Beyruta gedir, orada bir müddət gizlənir. Bir müddət sonra livanlı erməni diasporunun yardımları sayəsində “mühacir” statusunda ABŞ-a yerləşir, özü ilə bütün ömrü boyu rahat yaşamağ bəs edəcək qədər sərvət də götürərək Massaçusets ştatının Boston şəhərində yaşamağa başlayır. Dro 1956-cı ildə 72 yaşında ölür və Massaçustesdə basdırılır.

Nəhayət 1990-cı illərdə Ermənistanda Dronun qalıqlarının Ermənistana gətirilib dəfn olunması məsələsi qalxır. Onun qalıqlarının Ermənistana gətirilməsi üçün diaspora yardım çağırışı edilir. Qısa müddət ərzində-iki günə diaspora bu işə 1 milyon dollar toplayır və Yerevana göndərir. 2000-ci prezident Robert Koçaryan Dronun sümüklərinin Ermənistana gətirilib Aparan şəhərində, piramida şəkilli abidə-məzarda dəfn edilməsini təşkil edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93