“Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir” – Sənan Süleymanov

12 Fevral, 2020, 7:39
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir".

Hurriyyet.org xəbər verir ki, bunu report-a açıqlamasında İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: "Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz".

S.Süleymanov növbəti hədəfinin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq olduğunu söyləyib: "Federasiya rəhbərliyi razı olsa, lisenziya yarışlarına qatılmaq istəyirəm. Olimpiadada bu nəticəni təkrarlamaq niyyətindəyəm".

Təsnifat mərhələsində erməni əsilli Aik Mnatsakanyanı (Bolqarıstan) 5:3, yarımfinalda isə Ermənistan təmsilçisi Karapet Çalyanı 3:0 hesabı ilə üstələyən güləşçi həmin görüşlər barədə təəssüratlarını bölüşüb: "Qarşılaşmalara erməni olduqları üçün məğlub olmaq fikri ilə çıxmamışdım. Məndə ikiqat məsuliyyət var idi. Onlara qalib gəldim. Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93