Salam, xoş gəlmisiniz.

Erməni diaspor liderinin öldürülmə anı – VİDEO

2017-10-07 15:30:56

Erməni diaspor liderinin öldürülmə anı – VİDEO

Axar.az xəbər verir ki, “İzvestiya” qəzetinin yaydığı görüntüdə killerin Papazyanı necə öldürməsi açıq-aşkar nümayiş olunub.

Qeyd edək ki, oktyabrın 5-də Moskvanın mərkəzində Voronej vilayətinin İctimai Palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan öldürülüb.

Papazyanın nüfuzlu iş adamı, erməni diaspor təşkilatının aktivi olub və xeyriyyə işlərinə külli miqdarda pul xərclədiyi bildirilir. Papazyanın əslində Voronejdə erməni disaporuna faktiki rəhbərlik etdiyi də qeyd olunur.

O, Ukraynada tikinti sahəsində tenderin qalibi olan müəssisəyə rəhbərlik edib. Rəsmi materiallara görə, “Jozefina” VİP istirahət kompleksi, “Noyev kavçek” və “Qarun” kafesi Papazyana məxsus olub. Həmçinin o, yerli Kikboksinq Federasiyasına da rəhbərlik edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru