Əsirlərin ürəyinə neft vurublar! – QANDONDURAN TƏCRÜBƏLƏR

5

Hurriyyet.org xəbər verir ki, II Dünya Müharibəsi zamanı insanlar üzərində qorxunc təcrübələr aparan Hitler rejimi ilə bağlı həqiqətlər insanı vahiməyə salır.

Milyonlarla yəhudi qatarlarla ölüm düşərgələrinə aparılıb, 1 milyonu uşaq olmaqla, Avropadakı yəhudilərin üçdə ikisi, yəni 6 milyon nəfəri həmin düşərgələrdə qətlə yetirilib.

İnsanlardan tibbi təcrübələr üçün istifadə edilib. Əsirlərin ürəyinə neft yeridilib, insanlar diri-diri şüalandırılıblar.

Bunları edən həkimlərdən ən məşhuru 2 milyon insanın ölümünə görə məsuliyyət daşıyan və əsasən, qaraçı uşaqlar üzərində çalışan Yozef Mengele olub. O, uşaqlara şirnilər verirdi. Onun saxtakarlığına aldanan uşaqlar ona Mengele əmi deyərdilər. Lakin uşaqların gözlərinə mavi mürəkkəb yeridəndən, yaxud da onların bədənlərini kürəklərindən bir-birinə tikəndən sonra körpələr gecə-gündüz bağırar, əzab içərisində ölümü gözləyərdilər.

Faşistlərin apardıqları təcrübələrin hamısından dünya heç zaman xəbərdar ola bilməyəcək, çünki yük maşınları ilə daşına biləcək sənədlər Keyser Vilhelm İnstitutunda, həkim Otmor von Verşer tərəfindən məhv edilib.

İlza Koh bəşəriyyət tarixinin ən qəddar qadınlarından biridir.

Döyməli insan dərisi azarkeşi idi. Öldürtdüyü yəhudilərin dərilərindəki döyməyləri kəsərdi. Bəzən də özü kəsdiyi dəriləri döymə ilə bəzəyib çanta, əlcək, hətta naxışlı paltar düzəldirdi.

1947-ci ildə ona ömürlük həbs cəzası verildikdə, həbsxanadan çıxmaq üçün gözətçilərdən birini yoldan çıxarmış, bunun sayəsində iki ildən sonra azadlığa çıxmışdı.

Hitler yəhudilərin nəslini kəsdikdən sonra, içərisində yəhudilərin skeletlərinin, bədənlərinin qalıqlarının və bəzi dəyərli əşyalarının içərisində olan “Nəsli kəsilmiş irq muzeyi” adında muzey açmağı planlaşdırmışdı.

Yəhudilərlə birlikdə, Hitlerə qarşı çıxan almanlar, qaraçılar və əlillər də daxil olmaqla ümumilikdə 11 milyona yaxın insan faşist tejimi tərəfindən amansızlıqla qətlə yetilib.

II Dünya Müharibəsi dövründə nasist alimləri “super ordu” yaratmaq məqsədilə içərisində oksikodon, kokain və metamfetamin də olan qəribə bir dərman qarışığı hazırlamışdılar.

Bu dərmanı verdikləri insanlar bir gün ərzində kürəklərində 20 kq yük yorulmadan 90 km gedə bilmiş, gücləri 500%  artmışdı.

Hurriyyet.org