Etibar Pirverdiyevin həbs etdirdiyi ana və balanın fəryadı – VİDEO

7 May, 2020, 17:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hakim Novruz Kərimov istintaqın qərarı ilə əvvəl zərərçəkmiş olan, sonradan isə sifarişlə “dələduz” edilən ana və balanın barəsində niyə bəarət hökmü çıxarmaqda acizdir??? Sifarişmi var???
Prezident İlham Əliyevin sərəncamları ilə ölkənin demək olar bütün instansiya məhkəmələrinə hakim təyinatlarını reallaşdırdı. Ali Məhkəmənin kollegiya üzvlərindən və hakimlərindən tutmuş, birinci instansiya məhkəmələrin hakimlərinədək, seçim edildi. Ki, ictimai rəydə hansı hakim ədalətlidir, müstəqildir, ölkədə hüquqi islahatları gözdən salan əməllərlə məşğul olmur və əksinə, bu islahatlara töhfə verir. Axı hakimlərin çiynində həm də Azərbaycan dövlətinin adından hökm vermək, qərar qəbul etmək səlahiyyəti, öhdəliyi və məsuliyyəti var. Amma…

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovu doğrudanmı «Azərenerji»nin keçmiş sədri Etibar Pirverdiyevin sifarişini yerinə yetirməyə məcbur edirlər?

image here

Bu gün «Təzadlar»ın redaksiyasına 78 yaşlı Səfurə Həsənova gəlmişdi. Bir tərəfdən koronavirus rejiminin çətinliyi, digər tərəfdən nəvəsinə və qızına yaşanan problemlər onu sıxıntıya məruz qoyub. Dərdini əvvəlcə Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya ünvanlı olan yazılı ərizəsi ilə ifadə etdi. Sonra əməkdaşlarımıza video-müsahibə verdi, dərdini danışdı (video qəzetin saytında yerləşdirilib).
S.Həsənova:

– Mən Sizdən kömək almağa, dərdimi dinləməyinizə gəlmişəm. Belə ki, qızım Lalə İbrahimova və onun oğlu, mənim nəvəm Hüseyn Əlizadə, ana-bala zərərçəkmiş kimi, 2018-ci ildə Bakı şəhər Prokurorluğuna şikayət verdilər ki, Rübabə Ağayeva adlı qadın onlardan 138 min manatlıq qızıl-zinyət əşyaları götürüb, lakin pulunu vermir, dələduzluq edir. R.Ağayevanın bu qızılları götürməsini, 138 min manat pul borcu olduğunu və sair təsdiq edən səs yazıları, mesajlar, fotoşəkillər vardır. Beləcə, ay oğul, Bakı şəhər Prokurorluğu işə qarışdı, araşdırıldı, sübutları qəbul edib Rübabə Ağayeva və ətrafına qarşı Az.CM-nin 178.3 maddəsi ilə cinayət işi qaldırıldı, iş verildi Səbail rayon Polis İdarəsinə. Müstəntiqin qərarı ilə Lalə və oğlu Hüseyn zərərçəkmiş kimi tanındı, sonra lazımi iş görüldü, zərərin məbləği 138 min manat təşkil etmişdir. Hətta Rübabə Ağayeva bir müddət istintaqdan yayındısa da, müstəntiq onun məcburi gətirilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar da çıxartdı. Biz də sevindik ki, dələduzluq hüquqi qiymətini alar, ziyan ödənilər. Çünki Rübabənin və onun ətrafının öz əllərir ilə yazılmış pul verilməsi qəbzləri, səs yazıları, audio və vido çəkilişləri, eləcə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bunları təsdiqləyən ekspert rəyi də vardır. İstintaq materiallarına əlavə olunmuşdur. Günlərin birində qızım Lalə İbrahimova Bakı şəhər Prokuroru İlqar Abbasovun qəbulunda da oldu, İ.Abbasov işi nəzarətə götürdü, hətta öz əməkdaşlarını tənqid də edib ki, niyə istintaq ləng gedib? Lakin sonradan Etibar Pirverdiyevin sifarişi əsasında və İlqar Abbasovun ətrafı (İlqar Abbasovun bu işlərdən bəlkə də xəbəri olmayıb) onu sonradan yalan məlumatlarla inandırıblar və o, qəflətən cinayət işini Səbail RPİ-dən alıb Bakı şəhər Baş Polis İdarəsinə öz tanışları olan müstəntiq, polis kapitanı Elçin Qurbanovun icraatına veriblər. Rübabə Ağayevanın ətrafı isə həmin vaxt bizə açıqca deyirdi ki, Prokurorluqda Tural Aslanova və polisdə digər şəxslərə hərəsinə 40 min manat pul vermişik. Qızım Lalə İbrahimova bunları biləndən sonra bu qanunsuz hərəkətlər barədə Prezident Adminstrasiyasına 11 dəfə teleqram da vurdu ki, günahkarların cəzalandırılması təmin edilsin. Lakin bundan sonra prokurorluq əsəbləşdi, qərəzli mövqe tutaraq müstəntiqlə birgə başqa yol tutuldu (müstəntiq Lalə İbrahimovaya bildirmişdir ki, bu dəfə iş sifarişlidir, istintaq dayandırılır və sənə qarşı fala baxması və s. adı altında cinayət işi qaldırılacaq). Sonradan müstəntiqin dedikləri təsdiqini tapdı və Lalə İbrahimova ilə oğlu Hüseyn Əlizadə tələm-tələsik həbs edilərək Kürdəxanıdakı istintaq təcridxanasına aparıldı. Tarixdə görünməyib ki, ana-bala eyni gündə saxta yolla, sifarişlə həbs edilə. Nəvəmin 2 əkiz körpə qız balası var. Artıq 3-cü ildir ki, ana-bala heç bir sübut olmadan, qurama sübutlarla istintaq altında yatızdırılır. Artıq bu qanunsuz istintaq işinin məhkəmə istintaqı da başa çatıb, lakin hakim Novruz Kərismov Lalə və Hüseynə bu işdə günahsız olduqlarını, qarşı tərəfin heç bir sübutunun olmadığını desə də, ədalətli şəkildə bəraət hökmü çıxartmağa tələsmir. Əksinə, son günlər ona yuxarıdan təzyiq edildiyini və ana-balaya mütləq şəkildə ağır cəza verilməsi barədə hökm çıxarılması sifarişinin olduğunu hiss edirik. Mənim səsimi hörmətli Prezidentimizə çatdırın, bu ədalətsizliyə son qoyulsun. Axı necə ola bilər ki, Bakı şəhər Prokurorluğu Rübabə Ağayevaya dələduzluq əməlinə görə cinayət işi açır, ortada bu qədər sübutlar var, bunu nəzərə almadan, Etibar Pirverdiyevin sifarişi və tapşırığı əsasında işi tərsinə çevirib qurama istintaq aparırlar ki, guya əksinə, Rübabə Ağayeva qızım Lalə İbrahimovaya fala baxmasına görə külli miqdarda pul verib. Təsəvvür edin, Rübabə Ağayeva məhkəmədə deyir ki, o, nəvəm Hüseynə ümumilikdə 300 min manata yaxın pul – 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib ki, onun falına baxsın ki, xəstə oğlunu ölümdən qurtarsın. Elə bu qədər pula Amerikada o xəstəliyi, əgər var idisə, sağalda bilərdi, daha falçıya bu qədər pul verərlər? İkinci də bunun şahidi varmı? Rübabə Ağayevanın əri Faiq Ağayev “Azərenerji”nin tabeliyində olan və Sumqayıtda yerləşən Sumqayıt Sənaye Texnologiya Parkında yüksək vəzifədə işləyir. Məgər o, arvadına deyə bilmirdi ki, elmin-texnikanın, tibbin inkişaf etdiyi bu zamanda falçıya 300 min manat verərlər ki, işim düzəlsin? Dindirəndə dünyadan, göylərdən, yüksək dünyagörüşdən danışan adamın yalanlarına istintaq və hakim necə inanır axı? İnanıram ki, hörmətli Prezidentimiz bu qanunsuz əməllərə son verəcək.
(Davamı var)


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93