Evinin qarşısında dayanan kişini bıçaqladılar – ABŞERONDA

10 İyul, 2019, 13:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Abşeron rayonunda evinin qarşısında dayanan şəxs bıçaqlanıb.

Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Rəsulzadə küçəsində baş verib. 1982-ci il təvəllüdlü Ərşad Mehrəliyev evinin qarşısında dayandığı zaman tanımadığı 3 nəfər ona yaxınlaşıb.

Söhbət əsnasında onlar mübahisə ediblər, həmin şəxslərdən biri bıçaqla Ə.Mehrəliyevin döş qəfəsindən zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həmin şəxslər isə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93