Çexlər Azərbaycanda silah istehsal etmək İSTƏYİRLƏR

16 May, 2019, 21:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalını təşkilində maraqlıdır.

Bunu “İnterfaks-Azərbaycan”a Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

“Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycanın çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın”, – R.Vondraçek bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır. “Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb”, – R.Vondraçek qeyd edib.

O məlumat verib ki, xüsusilə hazırda «Ceska Zbrojovka» xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi. “İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur”, – R.Vondraçek vurğulayıb. \\Axar.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93