EYNİ ƏLİ GÜCLƏNDİRƏN NEFT VƏ KORONAVİRUS: Putin və şahzadə Salman seçimlərini hansı tərəfə ediblər? – ARAŞDIRMA

23 Aprel, 2020, 10:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Mənşəyi iqtisadi olmayan iqtisadi bir sarsıntının içindəyik. Bu, bütün dünyaya da aiddir. Elə şeylər haqqında yazırlar ki, onlar Türkiyəyə gəlib çıxmır. Qəribədir, ancaq gəlib çıxmır.

Yaşadığımız koronavirus bəlasının kökü, məncə, Trampın hakimiyyətə gəlişinə qədər uzanmaqdadır. Seçkidən sonra “Ruslar seçkilərə müdaxilə etdi, Trampı Ağ Evə Kreml gətirdi” tezisi ilə aparılan mübarizə və savaş da işin digər tərəfidir.

Xatırlayırsınızsa, demokrat Obama dövründə rus məmurları konvoylarla ABŞ-ı tərk etmişdi. Bir əl “dərin ABŞ”-la “dərin Rusiya”nın ittifaqına qarşı çıxırdı.

Dünən gördünüz, neft qiymətləri 0-ın altına düşdü. Bu, olacaq işmi? Hansı ağıla xidmət edir? Niyə belə oldu? Məqsəd nədir? Suallar çoxdur. Bəllidir ki, böyük savaşın bir cəbhəsi də buradır. Bu savaş nə qədər davam edəcək? Bəlkə də aylarla davam edəcək.

Əslində, bu cəbhədə önə çıxan iki şəxs var – Putin və vəliəhd şahzadə Məhəmməd ibn SalmanPutin və “dərin Rusiya” səudların 1980-ci illərdə böyük istehsal dalğası ilə Sovet İttifaqının yıxılmasında önəmli rol oynadığını unutmur. Aprel ayının əvvəlinədək davam edən 3 illik anlaşma var idi. Bu iki önəmli oyunçu dalaşmırdı. Güclərini birləşdirdilər, istehsalı və qiyməti müəyyən səviyyədə tutmağa diqqət etdilər. Ancaq bu anlaşma pozuldu. Naməlum səbəbdən pozuldu. Səudlar azalan neft tələbiylə bağlı qiymətin sabitliyini qorumaq üçün istehsalı daha da azaltmaq istədilər. Ruslar isə israrla qarşı çıxdılar. Daha çox istehsal etmək istədilər. Qiyamət də bu nöqtədə qopdu.

Bu səbəblə, səudlar ruslara dərs vermək istədilər. Gündəlik əlavə 2,6 milyon barrel xam neft çıxararaq, bazarı doldurdular. Rusiyanı gəlirindən edib sarsıtmaq məqsədiylə ruslar üçün həyati əhəmiyyət daşıyan Avropaya göz qırparaq, qiymətləri endirdilər. Bir neçə gün içində xam neftin qiyməti 30% düşdü. Səudların ruslara vermək istədikləri mesaj aydın idi: “İndi qiymətlər ikimiz üçün də aşağıdır, ancaq bizim bazardakı payımız daha yüksəkdir. Danışaqmı?”

Moskva da cavab verməkdə gecikmədi: “Neftdən başqa da gəlir mənbəyimiz var. Bu qiymətə hələ uzun müddət dözə bilərik. Siz necə?”

Rusiya Mərkəzi Bankının ötənilki hesabatına görə, xam neftin 1 barreli 25 dollar olarsa, iqtisadiyyat durğunluğa girər.

Putin nə üçün belə meydan oxuyur? Cibindəki pulu, demək olar ki, yandırır. Bu sualın cavabını bilən yoxdur. Bunun iqtisadi izahı yoxdur. Onun izahını verən də yoxdur.

Arxa planda böyük bir anlaşma var idi və hər kəs öz rolunu icra edirdi. Tələbin az olmasına baxmayaraq, neft istehsalını artırmaq hansı ağılın məhsulu idi? Bu, məqbul deyildi. Əslində, koronavirus epidemiyası ilə birlikdə yeni sistemin inşası üçün hər iki tərəf də üzərinə götürdüyü rolu yerinə yetirirdi. Hadisənin mahiyyəti bundan ibarətdir.

İstəyirsinizsə, bu məsələni açaq. Bunun üçün ABŞ-a gedək. Bu gün mövcud olan iki böyük baxış bucağından birinə baxaq.

Heç şübhə yoxdur ki, koronavirus bu günədək dünyanı şəkilləndirən ailələrin qorxmasına da səbəb oldu. Deyilənə, yazılana görə, ABŞ Mərkəzi Bankı FES-i idarə edən 8 ailədir. Belə də qəbul edilir.

Yaxşı, bəs həqiqətən elədirmi? Bu ailələrdən bəziləri ABŞ-da, bəziləri də Avropada yaşayır. Ən azı, epidemiyadan öncə belə idi.

Qoldman Saks, Varburq, Leman qardaşları, Lazar, Kun Lobs və Moisey Seyfs ailələrindən 3-ü Rotşild ailəsinə, digər 3-ü isə Rokfeller ailəsinə bağlıdır. Onlardan əmr alırlar. İddialar belədir.

Dünya koronavirus epidemiyası ilə sarsılarkən, Rusiya tarixinin ən önəmli tenisçilərindən olan Marat Safindən qəribə açıqlama gəldi. Koronavirus epidemiyası haqqında danışan Safin “Məncə, bəşəriyyəti bir çiplə idarə edəcəklər. Bunun startı verildi. İllər öncə Davosda danışdılar, gizlətmədilər. Bill Qeyts 2015-ci ildə yaxın gələcəkdə insanlığın düşməninin nüvə döyüş başlığı deyil, bir virus olacağını söylədi. Məncə, hər şeyi lap əvvəldən bilirdi. Yaxınlarda hamımızın dərisinin altına çip yerləşdirəcəklər. Bütün dünyanı evə həbs etdilər. Bu da plan daxilində idi. Məncə, siyasi liderlərdən daha böyük və güclü ailələr vardır. Ən çox tanınanları Rotşild və Rokfeller ailələridir, ancaq onların da arxasında heç tanınmayan biriləri vardır. Mən şərh vermirəm, bildiklərimi ilk dəfə söyləyirəm” dedi.

Marat Safin tez-tez Rusiya Prezidenti Putinlə görüşür. Onu çox sevir, amma media önündə də tənqid edir. Yəni, Safin ailəsi sıradan bir ailə deyilAtası Mixail Alekseyeviç Safin Putinin köhnə dostudur. Adi bir ailə həyatı var idi. Buna rəğmən, Safin ailəsi dərinliklərdə dostları olan bir ailədir.

Qeyd etdiyimiz kimi, 6 ailə FES-də güclüdür, amma onlar da iki ailəyə, Rotşild və Rokfeller ailələrinə bağlıdırlar. Yaxşı, bəs Rotşild və Rokfeller ailələri kimə hesab verirlər?

Çox önəmli günlər yaşayırıq. Koronavirus həyatları alıb gedərkən dəhlizlərdə olub-bitənləri gözdən qaçırırıq. Görə bilmirik.

FES-dəki 8 ailə ilə birlikdə, onların üstündə yer tutan 3 ailə də bitiriləcəkO 3 ailənin üstündəki 2 ailə də… Yəni, cəmi 13 ailə üçün hesab vermə vaxtı gəldi. Bunları ABŞ-dakı önəmli şəxslər yazır.

Neft şirkətlərinə qarşı əməliyyat keçirmək asan deyil. Neftin qiymətinin düşməsi, əslində, onlara son xəbərdarlıqdır. Anlamazlarsa, daha da sərtləşəcəklər. Neft adiləşə bilər (yəni, əvvəlki strateji əhəmiyyətini itirə bilər – tərc.). Çox yaxında ABŞ-ın neft şirkətləri hədəfə alınacaq. 50 ildir dünyanı neftlə idarə edən ailələr üçün ən çətin savaş başladı.

Ailələr neftlə liderləri, liderlər vasitəsilə ölkələri, təbii olaraq, dünyanı idarə edirdilər. Buna bəziləri “dərin Amerika” deyir, ancaq mən onları Amerikanın həqiqi sahibi olaraq görmürəm.

Bu şərh dünən və ya bu gün verilsəydi, çox qeyri-adi hesab olunmazdı. Ancaq bu şərh 1 apreldə, yəni, təqribən 3 həftə öncə, ortada nə fal, nə də yumurta yox ikən verildi. Bu səbəblə, dünya üçün açıqlanan iki böyük baxışdan ilki olaraq bunu seçdim və paylaşdım.

Davam edək. Neftin dövrü qarşıdakı bir neçə il üçün qapandı. Sonra bu sistemin bir müddət daha fərqli ailələr vasitəsilə davam etməsi ehtimalı da var. Bundan ən çox təsirlənən yenə biz olacağıq. Çünki heç bir zaman bizi düşünməyəcəklər. “Dərin Amerika” koronavirusu insan oğlunun daha yaxşı şərtlərdə yaşaması üçün ortalara buraxmadı. Təqribən, 8 milyard olan dünya əhalisinin 5 milyarda düşürülməsi üçün kiçik bir sınaq keçirdi. Artıq viruslar “Google”, su kimi həyatımızın reallıqlarından biri olacaq. Viruslarla birgə yaşamağa öyrəşəcəyik. Yeni dünya bizə, təəssüf ki, çox xoşbəxtlik vəd etmir. Bunu bilərək, gələcəyimizi daha düzgün planlaşdıra bilərik.

Burada Bill Qeyts, əslində, adi bir fiqurdur. Sadəcə ona deyilənləri kameralar qarşısında təkrar edir. Yəni, ipləri “dərin Amerika”nın əlində olan və istifadə edilən şəxslərlə eyni aqibəti yaşayacaq.

Əgər bu baxış üstünlük qazanarsa, o demək olacaq ki, “dərin Amerika” artıq öz ortaqlarını da, yeni sistemi də müəyyən edib. Rusiya və Səudiyyə Ərəbistanı arasındakı neft və qiymət savaşına belə baxmaqda fayda vardır. Başqa cür necə izah etmək olar? Bəlli olur ki, Rusiya və Səudiyyə Ərəbistanı da ailələrlə “dərin Amerika” arasında seçim etmişlər.

Baxaq, görək, nələr olacaq?

Ərgün Dilər

“Takvim”, Türkiyə, 22 aprel 2020-ci il

Tərcümə Strateq.az-ındır


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93