Fəzail Ağamalı: “DTX-nin seyfində məmurlarla bağlı kifayət qədər məlumatlar var”

8 May, 2020, 19:31
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Korrupsioner məmurlarla mübarizə prosesi ciddi, sistemli şəkildə davam etdirilir. Onlar qanunsuzluqlarını, bu əməllərlə yığdığı pulları gizlədə bilməyəcəklər”.

Hurriyyet.org-un məlumatına görə, bunu Modern.az-a korrupsiya hallarına yol verən məmurlar haqqında danışarkən deputat Fəzail Ağamalı deyib. Deputatın fikrincə, Dövlət Təhlükəsizlik Xidmətinin seyfində rüşvətxor məmurlarla bağlı kifayət qədər məlumatlar var:

“Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, özlərinin layiq olduğu cəzanı alacaqlar.

Ayrı-ayrı yüksək vəzifəli məmurların heç də hamısını bu kateqoriyaya aid etmək olmaz. Vicdanı təmiz, əməli saleh, bütün varlığı ilə millətinə bağlı olan, hər hansı korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlarımız var. Biz onları qanunsuzluğa yol verən məmurlarla eyniləşdirməməliyik. Müəyyən məhdud xarakterli müşahidələrə, məlumatlara görə, əməliyyat-axtarış prosesi davam edəcək. Biz rüşvətxorluqla məşğul olan, fəaliyyətində qanunsuzluqlara yol verən məmurların vəzifədən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini bundan sonra da görəcəyik”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93