Salam, xoş gəlmisiniz.

Fələstin ərəb və islam ölkələrini Trampın “əsrin müqaviləsi”ni boykot etməyə çağırdı

2020-01-28 17:30:00

Fələstin ərəb və islam ölkələrini Trampın “əsrin müqaviləsi”ni boykot etməyə çağırdı

Hurriyyet.org xəbər verir ki, Fələstin hakimiyyəti ərəb və islam ölkələrinin səfirlərini 28 yanvarda Vaşinqtonda keçiriləcək Yaxın Şərq üzrə sülh planının açıqlanması mrasimində iştirak etməməyə çağırıb. Bu müraciətlə Fləstin liderinin administraiyasının mətbuat katibi Nebil Əbu Rudeyne çıxış edib. Rudeynenin müraciətində deyilir: “Sizi Trampın üzdəniraq sülh planının elan edilməsi mərasimində iştirakdan imtina eləməyə çağırıram. Sənədin əsl məqsədi Fələstin xalqının hüquqlarını tapdalamaq və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının qarşısını almaqdır”.

O, xatırladıb ki, Vaşinqtondakı diplomatik missiyaların bir qismi artıq Ağ Evin dəvətinə rədd cavabı veriblər. Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas Böyük Britaniyanın xarici işlər naziri Domink Raab ilə telefon söhbəti zamanı bu münaqişənin “iki millət üçün iki dövlət” prinsipi ilə nizamlanmasına sadiq qaldıqlarını və fələstinlilərin alternativ qəbul eləmədiklərini bildirib.

Abbas deyib: “Biz beynəlxalq ictimaiyyətin qərarlarına müvafiq şəkildə sülhü təmin eləməyə və bu istiqamətdə danışıqlar aparmağa hazırıq”.

İsrailin “Ediot Axronot” qəzeti “Əsrin müqaviləsi”nin – ABŞ prezidenti Donald Trampın İsrail ilə Fələstin ərəbləri arasındakı münqaişənin nizamlanması ilə bağlı təklifinin detallarını dərc edib.

Yazılana görə, planın reallaşdırılmasından əvvəlki hazırlıq mərhələsinin təqribən dörd il çəkəcəyi nəzərdə tutulur. Bu, Fələstin muxtariyyətinin “əsrin müqaviləsi”nə razı olmaq üçün verilən möhlətdir. Hazırlıq dövrü zamanı İsrail təsdiqlənmiş layihələr çərçivəsində yaşayış evləri tikə bilər, lakin onların sərhədlərini aşa və yeni layihələr təsdiqləyə bilməz. Nəşrin yazdığına görə,  Yəhudeya və Samariyanın 30-40%-i (əsasən, hazırda İsrailin tam nəzarəti alrında olan ərazilər) İsrailə birləşdiriləcək. İddiaya görə, Fələstin dövləti Yəhudeya və Samariyanın ərazilərinin 70%-də yerləşəcək, qalan 30% isə İsrail dövlətinə veriləcək.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93