Salam, xoş gəlmisiniz.

Fərat çayının şərqində hər an əməliyyat başlana bilər - Ərdoğan: “BİR GECƏ QƏFLƏTƏN GƏLƏ BİLƏRİK, – demişdik”

2019-10-07 17:48:10

Fərat çayının şərqində hər an əməliyyat başlana bilər - Ərdoğan: “BİR GECƏ QƏFLƏTƏN GƏLƏ BİLƏRİK, – demişdik”

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Serbiyaya səfər etməzdən əvvəl jurnalistlərin sualalrına cavab verib. Ərdoğan Suriyada terrorçularla mübarizə üçün Türkiyənin planlarından da danışıb.

“Tramp çıxmağı əmr eləmişdi, lakin bir qədər gecikdi”

Ağ Evin təhlükəsiz bölgə açıqlaması ilə bağlı sualın cavabında Ərdoğan deyib: “Bu məsələ ilə bağlı axşamkı görüşümüzdən sonra bölgədə cənab prezidentin bildirdiyi kimi, ABŞ hərbçilərinin çıxması prosesi artıq başlayıb. Cənab prezident Tramp bu məsələ ilə bağlı təlimatı vermişdi, tərk eləməyi əmr eləmişdi, lakin bu, bir az gecikdi. Gecikməyə rəğmən, bu arada istər amerikalılar, istərsə də bizim heyətimiz bölgədə danışıqları həmişə aparıblar. İndi dünən axşamkı danışıqdan sonra bu danışıqlar yenə davam edəcəkdir. Həmişə söylədiyimiz sözdür: “Bir gecə qəflətən gələ bilərik”. Bu qətiyyətimizdn dönməyəcəyik. Çünki terror təşkilatlarının ölkəmizə qarşı bu təhdidlərini daha çox qəbul eləməyimiz əsla mümkün deyil”.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru