“Feysbuk”da yenilik gözlənilir

8

Hurriyyet.org xəbər verir ki, “Feysbuk” öz istifadəçiləri üçün yenilik etməyə hazırlaşır. Artıq keçmiş populyarlığını itirməkdə olan bu sosial şəbəkədə paylaşmalar xeyli azalmağa başlayıb. Xüsusilə də müəyyən bir yaşdan aşağı olan seqment daha çox “İnstaqram”a üstünlük verməkdədir.

“Feysbuk”un keçmiş populyarlığını geri qaytarmaq üçün Mark Zukenberqin çox çalışdığı bildirilir. Hazırda “Feysbuk”a musiqi videoları əlavə edilməsi planlaşdırılır. ABŞ-da artıq bu yenilik tətbiq edilməkdədir. “Feysbuk”la müqavilə bağlamış bəzi musiqi şirkətləri rəsmi hesabları vasitəsi ilə paylaşmalar etməyə başlayıblar.

Bu yeniliyin başqa ölkələrdə tətbiq edilib-edilməyəcəyi amerikalıların ona reaksiyasından asılıdır. Çünki “Feysbuk” adətən bəzi xüsusiyyətləri məhdud regionlarda sınaqdan keçirir və uğur qazanıldığı, gözlənilən reaksiya ilə qarşılaşdığı təqdirdə bu xüsusiyyət dünya miqyasında tətbiq edilir.

Hurriyyet.org