FİFA-nın sabiq maliyyə direktoruna 10 İLLİK CƏZA

30 İyun, 2020, 22:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

FİFA-nın sabiq maliyyə direktoru Markus Kattner futboldan uzaqlaşdırılıb.

FİFA İntizam Komitəsi almaniyalı funksioneri 10 il müddətinə futbol fəaliyyətindən məhrum edib.

O, şəxsi mənfəətə görə qanun pozuntularına yol verməkdə günahlandırılıb. 50 yaşlı biznes məsləhətçisi həmçinin 1 milyon İsveçrə frankı cərimələnib. Kattner ali futbol qurumunun sabiq prezidenti Yozef Blatterin dönəmində baş katib vəzifəsində çalışmış Jerom Valke ilə birlikdə təxminən 80 milyon dollarlıq mükafat müqaviləsi bağlayıb və bu üzdən 2016-cı ildə FİFA-nın yeni rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Qeyd edək ki, 2003-2015-ci illərdə FİFA-da maliyyə direktoru olan Markus Kattner daha bir il baş katib vəzifəsini icra edib.\\Modern


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93