Filipp Kirkorovun atası separatçı bölgəyə maliyyə dəstəyi verdi

6

Bedros Kirkorov oğlu Filipp Kirkorovu sığortalamaq üçün bildirib ki, bu aksiyanın mənim oğlum Filipplə əlaqəsi yoxdur…

Rusiya şou-biznesinin şanson janrında ifaçısı kimi tanınan Filipp Kirkorovun atası Bedros Kirkorov (Kirkoryan) Azərbaycan Respublikasına qarşı etnik separatizm siyasəti yürüdən qondarma “Dağlıq Qarabağ rejimi”nə maddi dəstək olaraq öz şəxsi büdcəsindən 2 milyon 600 min rubl dəyərində (33 min dollar) vəsait ayırıb. Bu barədə Rusiyadakı erməni media-maqnatlarının nəzarətindəki “sputnik” informasiya agentliyinin baş redaktoru Marqarita Simonyan açıqlama veribdir.

Bedros Kirkorov  “sputnik.ru” portalına açıqlamasında bildirib ki: “Şəxsi büdcəmdən 33 min dollar vəsaitin Dağlıq Qarabağa ayrılması barədə qərar verdim. Çünki, orada 27 sentyabr 2020-ci il tarixdən etibarən humanitar baxımdan erməni əhalisi üçün fəlakətli durum yaranıb. Bu məqsədlə Rostov vilayətinin Reutov şəhərində yaşayan yerli erməni icması üçün konsert verdim və qazancımı Dağlıq Qarabağdakı soydaşlarımıza dəstək üçün yolladıq”.

Qeyd edək ki, Bedros Kirkorov oğlu Filipp Kirkorovu sığortalamaq üçün bildirib ki, bu aksiyanın mənim oğlum Filipplə əlaqəsi yoxdur. Mən 12 ildir bu şəhərdə yaşayıram və ötən müddətdə oğlum bir dəfə də olsun Reutevdə olmayıb. Mən həmin vəsaiti 6 oktyabr tarixində Ermənistanın Rusiyadakı konsulluğuna təqdim edərək bildirdim ki, bu vəsait ancaq Dağlıq Qarabağda yaşayan erməni əhalisinə humanitar yardım məqsədi ilə xərclənməlidir (mənbə:

https://zen.yandex.ru/media/armmuseum/bedros-kirkorov-k-sobrannoi-dlia-karabaha-pomosci-otnosheniia-ne-imeet-armiane-reutova-5f80ec11109c65627ee0730e).

88 yaşlı Bedros Kirkorov 1932-ci ildə Bolqarıstanın Varna şəhərində anadan olub. Onun atası Filipp Kirkoryan ixtisasca çəkməçi olub. Anası Sofiya Kirkoryan şəhərdəki erməni kilsəsinin xor kapellasının müğənnisi kimi tanınıb. Rusiyalı erməni bəstəkarı ArnoBabacanyan 1960-cı illərin ortalarında Bedros Kirkorovu müğənni kimi Sovet İttifaqında fəaliyyət göstərməsi məqsədilə dəvət edib. Beləliklə Kirkoryanlar ailəsi keçmiş SSRİ-yə köçüblər. O da bəllidir ki, Filipp Kirkorovun əmisi və hazırda ABŞ-da yaşayan 81 yaşlı milyader Harri Kirkorov övladı olmadığı üçün, o uzun illərdir Ermənistana və qondarma Dağlıq Qarabağ rejiminə humanitar yardım məqsədilə “Linsi” fondunu yaradıb. İndiyə kimi orta hesabla hər iki bölgəyə 350 milyon dollara qədər yadımlar edib. Eyni zamanda Rusiya estardasında Filipp Kirkorovun əsas sponsorlarından biridir.    

 

“Hürriyyət”