Salam, xoş gəlmisiniz.

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

2020-03-23 15:26:00

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Hurriyyet.org apasport.az-a istinadən xəbər verir ki, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.

Bildirilir ki, 5-7 iyun tarixlərində baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının qlobal şəkildə yayılmasıdır. Bu üzdən təşkilatçılar Azərbaycan mərhələsini təxirə salmaq qərarına gəliblər.

Qeyd edək ki, daha öncə 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93